Türkiyə ordusunun İraqın Neynəva vilayətindəki bazasına raket hücumu olub + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Neynəva vilayətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazasına “Əhrar Əl-İraq” müqavimət dəstəsi raketlərlə hücum edib.
Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Bəəşiqə hərbi bazası bu gün fevralın 1-də 20 “Qrad” raketi ilə hədəfə alınıb.
Hücumdan bir neçə dəqiqə sonra “Əhrar Əl-İraq” İslami müqavimət dəstəsi bəyanat yayaraq bu hücumun məsuliyyətini öz üzərinə götürüb.
Bu dəstənin bəyanatında deyilir:
“Çərşənbə günü (yerli vaxtla) saat 07:36-da Şimali İraqdakı Türkiyə ordusu bazasına 20 Qrad raketi ilə hücum edilib. Əməliyyat türk işğalçılarının tam və dərhal geri çəkilməsinə qədər davam edəcək.
Bununla bağlı Kürdüstan Bölgəsi Terrorla Mübarizə Təşkilatı Mosulun şimalındakı türk hərbi bazasının 8 raketlə vurulduğunu açıqlayıb.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, 2022-ci il 21 mart tarixindən bəri Bəəşiqə hərbi bazasına qarşı 18-ci raket hücumudur.
Həmçinin dekabrın 4-də Bəəşiqə hərbi bazası İraq müqavimət dəstələrinin raket hücumuna məruz qalmışdır.
Daha çox oxuyun: İraqda baş verən son hadisələr, 7 Dekabr 2022
Rəy