İşğal olunmuş Qüdsdə əməliyyat; 8 sionist öldürüldü
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, işğal altındakı Qüdsün şimalında yerləşən Nəbi Yəqub bölgəsində bir fələstinlinin silahlı hücumu nəticəsində 8 sionist həlak olub, 10-dan çoxu isə yaralanıb.
yanvarın 27-də axşam saatlarında “Əlqəm Xeyri” adlı 21 yaşlı fələstinli gənc işğal altındakı Qüdsün şimalında yerləşən Beyt Hənina qəsəbəsində Nəbi Yəqub bölgəsində yəhudi sinaqoqunun yaxınlığında bir qrup sionistə qarşı silahlı hücum edib. Nəticədə əməliyyatda səkkiz sionist öldürülüb, 10-dan çoxu isə yaralanıb. Bu hadisədən bir neçə dəqiqə sonra əməliyyatın icraçısı sionist əsgərlərin silahlı qarşıdurması zamanı şəhid olub.
Bu əməliyyatdan sonra İsrail rejiminin komandirləri və yüksək vəzifəli şəxsləri hadisə yerinə gəliblər. İsrail polisinin baş rəisi əməliyyat yerində olduqdan sonra deyib: “Bu, son illərdə üzləşdiyimiz ən pis hücumlardan biri idi”.
İsrail rejiminin daxili təhlükəsizlik naziri İtmar Bin Qafir də əməliyyat yerinə qatılıb və ərazidə olan insanların reaksiyası ilə üzləşib. Sionist mühacirlər Ben Qafirə hücum edərək, onun bu hadisəyə görə məsuliyyət daşıdığını bildiriblər. Nəhayət, İsrailin daxili təhlükəsizlik naziri ciddi təhlükəsizlik tədbirləri altında bu ərazini tərk edib.
Həmçinin sionist rejimin baş naziri Benyamin Netanyahu hadisə ilə bağlı yaxından məlumatlanmaq üçün təxminən iki saat əməliyyatdan sonra əməliyyat yerinə gedib.
İsrail mediasının verdiyi məlumata görə, İsrail rejiminin müdafiə naziri Yoaf Qalant fələstinli gəncin işğal altındakı Qüdsdəki əməliyyatı səbəbindən Amerika səfərini yarımçıq qoyub və Tel-Əvivə qayıdıb.
Bu əməliyyat bir çox reaksiyalara səbəb olub. Qəzza zolağının müxtəlif bölgələrinin sakinləri Fələstin müqavimət döyüşçülərinə və Qüdsdəki uğurlu əməliyyata dəstək məqsədilə Qəzzanın bəzi bölgələrində nümayişlər keçiriblər.
Yəmənin Ənsarullah hərəkatı da Fələstinin Nəbi Yəqub qəsəbəsindəki əməliyyatına reaksiya verərək açıqlamada bildirib:
“Sionistlərin həlak olması və yaralanması ilə nəticələnən mücahidlərin Qüdsdəki qəhrəman və xüsusi əməliyyatlarını təbrik edirik. Bu xüsusi əməliyyat sionistlərin müvəqqəti varlığını hədəfə alıb və onların hesablamalarında onların artıq təhlükəsiz olmayacaqlarını bilməsinə səbəb olub. Fələstin mücahidlərini İslam ümmətini qürurlandıran bu mübarək əməliyyatı davam etdirməyə çağırırıq. Fələstin xalqına və Cihad və müqavimət hərəkatlarına kömək və dəstək olmaq üçün İslam ümmətinin azad xalqından kömək diləyirik, çünki onlar Fələstinin işğalını təmizləmək, onun azadlığını təmin etmək və İslami müqəddəsləri qorumaq üçün doğru və yeganə yolu seçiblər”.
Bu baxımdan, Fələstinin HƏMAS hərəkatı bir bəyanatda Nəbi Yaqub qəsəbəsi əməliyyatını sionist düşmənin cinayətlərinə, o cümlədən son günlər Cenindəki cinayətə cavabın başlanğıcı və Fələstin xalqının öz torpağının və müqəddəs yerləri uğrunda müqaviməti və müdafiəsi üçün birliyinin bariz nümunəsi hesab edib.
HƏMAS daha sonra əlavə edib: “Bu cəsarətli əməliyyat işğalçı rejimin qəhrəman müqavimət döyüşçüləri ilə mübarizədə acizliyini və zəifliyini və fələstinlilər arasında ixtilaf salmaqda biabırçı uğursuzluğunu sübut etdi. Sionist düşmənin Cenindəki cinayəti Qüdsdə cavablandırıldı.
BƏƏ və Türkiyə Xarici İşlər Nazirlikləri də fələstinli gəncin işğal olunmuş Qüdsdə 8 sionistin ölümü və 10 nəfərin yaralanması ilə nəticələnən silahlı əməliyyatını kəskin şəkildə pisləyib.
Həmçinin Livan Hizbullahı bir bəyanat yayaraq, Fələstin xalqı və müqavimət dəstələri ilə tam həmrəy olduğunu bəyan edərək, sionist rejimin cinayətkar əməllərinin davam etməsinin qarşısını almaq üçün bu cür tədbirlərin görülməsini dəstəklədiyini bəyan edib.
İsrail rejiminin hərbi və təhlükəsizlik qüvvələrinin gündəlik və daimi araşdırmalarına baxmayaraq, fələstinli gənclərin silahlı əməliyyatlar həyata keçirməsi göstərir ki, sionist rejimin təhlükəsizlik qüvvələri bu tip əməliyyatların icraçılarının müəyyən edilməsi və onlara qarşı mübarizədə böyük problemlərlə üzləşiblər. Həmçinin, sionistlərə qarşı bu tip əməliyyatların aparılması müxtəlif sionist bölgələrində təhlükəsizlik vəziyyətin bərbad olması hissini gücləndirəcək və işğal olunmuş ərazilərdə əks miqrasiyanı artıracaq.
Rəy