İran İslam Respublikasındakı səfirliyimizə silahlı hücum olunub + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının paytaxtı Tehranın Şəriəti prospektində yerləşən səfirliyimizə silahlı hücum olunub. Nəticədə bir həmvətənimiz həyatını itirib, digər iki nəfər yaralanıb.
Bü gün 27 yanvar tarixindən sübh yerli vaxtla saat 8:30 radələrində Yasin Hüseynzadə adlı iranlı Tehrandakı səfirliyimizə bir ədəd Kalaşnikov avtomatı ilə hücum edib. İlk öncə səfirliyin binasına atəş açaraq daxil olub. İnsident nəticəsində səfirliyimizin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həyatını itirib.
Yayımlanan kadrlara əsasən terror əməliyyatını törədən şəxsi səfirliyimizin əməkdaşı zərərsizləşdirir. Dərhal cinayət yerinə polis və təcili tibbi yardım çağırılır. Nəticədə iki nəfər yaralı şəxsə tibbi yardım göstərilir və onların vəziyyəti qənaətbəxş hesab edildiyi bildirilir.
Hadisə yerinə dərhal Tehran Polisinin baş komandanı briqada generalı Hüseyn Rəhimi və əməkdaşları yaxından baş verənlərdən mlumatlanıb araşdırmaq üçün hazır olublar.
Həmçinin hadisə ilə bağlı Azərbaycan mediasının hadisə ilə bağlı təxribat xarakterli açıqlamaları da yer alıb. Belə ki, bəzi medialar və politoqlar hadisə ilə bağlı “İran xüsusi xidmət orqanlarının Bakıya verdiyi siqnal” və.s adlarla nifrət dolu açıqlamalar yayımlayıblar.
Hökümətyönümlü media və politoloqların açıqlamaları heç bir rəsmi qanunlara uyğun deyil. Hadisənin detalları məlum olmamış və istintaqın nəticələri rəsmi şəkildə elan edilməmişdən əvvəl, insidentə bucür münasibət bildirmək, açıq-aşkar Azərbaycan xalqında İran İslam Cümhuriyyətinə qarşı düşmənçilik düşüncələrini alovlandırmaq məqsədilə verilmiş açıqlamadır.
Bu tip mediaların hadisə baş verən kimi planlı şəkildə eyni sözü təkrarlaması insanda bəzi suallar və şübhələr yaratmaya bilməz.
Həmçinin ilkin istintaqda təqsirləndirilən şəxs iddia edib:
“Ötən ilin aprelində həyat yoldaşım (Gülnar Əliyeva) Azərbaycanın Tehrandakı səfirliyinə gedib və bir daha evə qayıtmayıb. Səfirliyə dəfələrlə müraciətlərim zamanı onlardan heç bir cavab almadım. Fikirləşdim ki, həyat yoldaşım Azərbaycan Respublikasının Tehrandakı səfirliyindədir və mənimlə görüşmək istəmir. Bu gün səhər artıq hazırladığım Kalaşnikov avtomatı ilə səfirliyə hücum etməyi qərar verdim”.
Araşdırmalardan sonra müəyyən edilib ki, 45-50 yaş arasında olan iranlı Yasin Hüseynzadə “Pride” markalı avtomobillə 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə səfirliyin qarşısına gedib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Qeyd olunmalıdır ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
“Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır.”
Rəy