Yəmənlilər İsveçdə Quranın yandırılması cinayətini qınayıblar + FOTO

Çərşənbə axşamı 24 Yanvar 2023 - 17:23
https://az.iswnews.com/?p=18249

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmən xalqı Ənsarullahın nəzarəti altında olan şəhərlərdə toplaşdıqdan sonra yürüş keçirərək islamafobiya və isveçli ekstremistlərin Qurani-Kərimi yandırma hərəkətlərini qınayıb.

Yəmən xalqı dünən yanvarın 23-də bu yürüşün yekun bəyanatında Stokholmda Qurani-Kərimin yandırılması və İslam Peyğəmbərinin (s) təhqir edilməsi cinayətini pisləyərək, İsveç səfirlərinin boykot edilməsini və İslam ölkələrindən çıxarılmasını və bu ökənin rəsmi olaraq müsəlmanlardan üzr istəməsini tələb edib. Yəmənlilər həmçinin İslamın müqəddəslərini müdafiə etmək və bu ilahi dinə qarşı təhqirlərin təkrarlanmasının qarşısını almaq üçün qlobal təşkilatın yaradılmasını tələb ediblər.

Qeyd edək ki, son günlər Türkiyənin Stokholmdakı səfirliyi qarşısında toplaşan isveçli ekstremistlər İsveç polisinin dəstəyi ilə Qurani-Kərimi yandırıb və Həzrət Məhəmməd Peyğəmbəri (s) təhqir edən karikaturalar nümayiş etdiriblər.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir