Yəməndə baş verən son hadisələr, 22 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Britaniyanın Yəməndəki səfirliyi Yəmənin istefa vermiş hökumətinin Ali İqtisadi Şurasının Səudiyyə koalisiyasının nəzarətində olan limanlarda malların idxalı üçün gömrük rusumunun 50% artırılması qərarını dəstəkləyib.
1- Səədə:
İslam Dünyası Xəbərləri təhqiqatlarına əsasən, Səudiyyə koalisiyasının yanvarın 1-dən indiyədək Səədə vilayətinin sərhəd rayonlarına artilleriya hücumları və atəşə tutması nəticəsində 9 şəhid və 94 yaralı var. Bu statistikaya aşağıdakılar daxildir:
Şədda rayonunda bir afrikalı mühacir daxil olmaqla 45 yaralı və 8 şəhid, Mənbə rayonunda 22 afrikalı mühacir daxil olmaqla 49 yaralı və bir şəhid.
2- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 114 dəfə pozub.
– Son 48 saat ərzində Səudiyyə koalisiyasının dronları Ənsarullahın Hays rayonunda və Əl-Cəbəliyə məntəqəsindəki mövqelərini 5 dəfə bombalayıb.
3- Ədən:
– Britaniyanın Yəməndəki səfirliyi istefa vermiş Yəmən hökumətinin Ali İqtisadi Şurasının Səudiyyə koalisiyasının nəzarətində olan limanlarda malların idxalı üçün gömrük rusumunun 50% artırılması qərarını alqışlayıb və dəstəkləyib.
– Qurtuluş hökuməti, Milli Məclis və Ənsarullah rəsmiləri Britaniya səfirliyinin istefa vermiş hökumətə dəstək verməsini pisləyib və bunu Yəmən xalqına qarşı növbəti cinayət adlandırıblar. Məhəmməd Əli Əl-Husi Rusiya ilə Avropa arasında iqtisadi müharibəyə toxunaraq, Britaniyanın Yəməndəki səfiri Riçard Oppenheymə cavab olaraq deyib: “Biz də öz növbəmizdə Rusiyanın Britaniya və NATO üzvlərinə qarşı iqtisadi qərarlarını dəstəkləyirik”.
Qeyd edək ki, Yəmənin istefa vermiş hökuməti Ənsarullahın Yəmən neftinin qeyri-qanuni ixracının qarşısını aldıqdan və bütün yəmənli işçilərin maaşlarını bu gəlirlərdən ödəmək şərtindən sonra ciddi büdcə kəsiri ilə üzləşib.
4- Ləhic:
Yanvarın 14-də yerli mənbələrdən əldə edilən məlumata əsasən, Tariq Salehin qüvvələri Milli Müqavimət qüvvələrinin alt qruplarından bir batalyon (Quvvat Əl-Muştərəkə – birgə qüvvələr) göndərərək Ləhic əyalətinin sahilindəki Rəəs Əl-Aarə bölgəsinə nəzarəti ələ keçirib. Onlayn xəritədə baxın
5- Əbyən:
Yanvarın 18-də Əbyən əyalətində yerləşən Mudiya rayonunda istefa vermiş hökumətin (BƏƏ-yə tabe olan) çevik reaksiya qüvvələrini daşıyan avtomobilin yolunda bomba partlaması nəticəsində, bu qüvvələrin əsas komandirlərindən olan, Əbdül Rəhman Əl-Məəkər və onun iki yoldaşı birlikdə həlak olublar və bir neçə nəfər yaralanıb. Ənsar Əş-Şəriyə terror qruplaşması Yəmənin cənub bölgələrində son zamanlar partizan hücumları və partlayışların əsas şübhəlisidir.
6 – Şəbvə:
Yanvarın 19-da Ənsarullahın artilleriya bölməsi Cənub Keçid Şurası silahlılarının Əqəbə Əl-Qənzə cəbhəsinə son hücumlarına cavab olaraq onların mövqelərinə hücum edib. Onlayn xəritədə baxın
7- Sokotra:
Hədibu şəhərindəki yerli mənbələr BƏƏ-nin yeni qüvvələrinin Sokotra hava limanı yaxınlığında yerləşdirildiyini bildirib. Bu qüvvələr həmçinin hərbi baza və postlarda Cənub Keçid Şurasının (Cənubi Yəmən) bayrağı əvəzinə BƏƏ bayrağı quraşdırıblar.
8- Səudiyyə ordusunun Xəmis Məşitdəki piyada diviziyasının komandiri general-mayor Aamir Muğram Əl-Şəhri Cizan xəstəxanasında ürək tutmasından dünyasını dəyişib. Bəzi KİV-lər onun ölümünün səbəbini Ənsarullahla münaqişə ilə əlaqələndiriblər və bu, Yəmən cəbhələrində atəşkəsin bərqərar olması nəzərə alınmaqla təsdiqini tapmır.
(Şəkil istefa vermiş hökumətin prezident şurasının rəhbəri Rəşad Əl-Əliminin Britaniyanın Yəməndəki səfiri Riçard Oppenheym ilə bu yaxınlarda keçirdiyi görüşlə bağlıdır.)
Rəy