Dəraa vilayətində Suriya polisinə aid avtomobilin yolunda bomba partlayıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraanın şərqində bombanın partlaması nəticəsində bir Suriya polisi şəhid olub, beşi mülki olmaqla yeddi nəfər ağır yaralanıb.
Dəraanın şərqindəki Bəsri meydanı yaxınlığında Suriya polisinin patrul avtomobilinin yoluna yerləşdirilmiş bombanın partlaması nəticəsində bir suriyalı polis şəhid olub, beşi mülki olmaqla yeddi nəfər ağır yaralanıb.
Partlayışdan sonra Suriya Ordusunun mühəndis bölmələri hadisə yerinə cəlb olunub və digər mümkün partlayıcı maddələrin müəyyən edilməsi üçün əraziyə baxış keçiriblər.
Bu partlayışdan bir neçə saat əvvəl naməlum silahlı şəxslər Dəraa vilayətinin Dail şəhərinin rəsmi işçilərindən birini hədəfə alıblar. Nəticədə o, ağır yaralanıb.
Qeyd edək ki, Dəraa vilayətində barışıq planlarının həyata keçirilməsinə və keçmiş terrorçu qüvvələrin vəziyyətlərinin təyin olunmasına baxmayaraq, bu vilayətin müxtəlif şəhərlərində Suriya ordusuna, təhlükəsizlik qüvvələrinə qarşı bomba partlayışları, sui-qəsdlər və terror aktları kimi hadisələr davam edir.
Rəy