Bağdadda amerikalı terrorçuların logistika karvanına hücum olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Bağdad vilayətinin Yusifiyyə məntəqəsində amerikalı işğalçıların logistika karvanına İraq müqavimət dəstələri tərəfindən hücum olunub.
Bu ay ikinci dəfə ABŞ-ın Bağdaddakı hərbi logistika karvanı İraq müqavimət dəstələrinin hədəfinə çevrilib. Bundan əvvəl, yanvarın 12-də Bağdad əyalətinin Əl-Taci məntəqəsində amerikalı işğalçıların logistika karvanına İraq müqavimət dəstələri hücum etmişdir.
Daha çox oxuyun: Amerika işğalçılarının İraqdakı logistika karvanına hücum olub
Bu hücum bir neçə gün əvvəl İraqın Baş Naziri və Silahlı Qüvvələrinin Baş Komandanı “Məhəmməd Şəyya Əl-Sudani” “Wall Street Journal” mediasına verdiyi müsahibədə xarici qüvvələrin hələ də İraqda lazım olmalarını bildirməklə Amerika qüvvələrinin İraqda mövcudluğundan müdafiə etmiş və onların İraqdan çıxarılması üçün vaxt təyin etməmişdir.
Mümkündür ki, İraq rəsmiləri və yüksək vəzifəli şəxslər xarici qoşunların, xüsusən də Amerika qoşunlarının çıxarılması məsələsini ciddi şəkildə davam etdirməsələr, müqavimət dəstələri İraqdakı Amerika hərbi mövqelərinə və konvoylarına qarşı hücumlarını artıracaqlar.
“İslam Dünyası Xəbərlərinin” araşdırmalarına görə, bu İraq müqavimət dəstələrinin 2022-ci il 21 mart tarixindən Amerikanın logistik mövqelərinə və konvoylarına qarşı həyata keçirdiyi 50-ci hücumudur. Həmçinin həmin tarixdən indiyədək “Bağdad vilayəti”ndə amerikalı işğalçıların karvanlarına və mövqelərinə qarşı 51 hücum həyata keçirilib.
Daha çox oxuyun:
İnfoqrafik: İraq müqavimət dəstələri
İnfoqrafik: 2021-ci ildə İraq Müqavimət Dəstələrinin Amerika qüvvələrinə qarşı əməliyyatları
Rəy