İran Rusiyadan Kamov helikopterləri alır? + VİDEO

Çərşənbə axşamı 17 Yanvar 2023 - 19:30
https://az.iswnews.com/?p=17950

Rusiya mediası Qərbi Asiya və ya Afrika ölkələri üçün uyğun olan Kamov Ka-52 hərbi helikopterinin videosunu dərc edərək bu hücum helikopterinin İrana satılmasını araşdırıb və fərziyyələr irəli sürüb.

Rusiyanın şərqində yerləşən Vladivostok şəhərində Kamov Ka-52 helikopterinin Qərbi Asiya və ya Afrika ölkələri üçün uyğun olan xüsusi kamuflyajlanmış versiyasının uçuşunu əks etdirən videonun yayımlanması bu tip helikopterlərin İrana satılması ehtimalını gücləndirib. Nəzərə alsaq ki, Rusiya Hərbi Hava Qüvvələrinin bu tip kamuflyajlanmış helikopterlərdən istifadəsi ağlabatan deyil, çox güman ki, bu helikopter növü Rusiya ilə son illər əməkdaşlıq edən və çoxsaylı hərbi müqavilələr imzalayan İran və ya Əlcəzairə satış üçün hazırlanıb.

Kamov Ka-52 helikopteri müxtəlif hava şəraitində uça bilən Rusiya istehsalı olan inkişaf etmiş hücum helikopteridir. Bu helikopter Suriya və Ukraynadakı döyüşlər zamanı məqbul performans göstərib və İran Silahlı Qüvvələrinin helikopter bölməsinin təchiz edilməsi və təkmilləşdirilməsi üçün uyğun variant hesab olunur.

Vladivostok şəhərində Qərbi Asiya və Afrika ölkələrinə uyğun kamuflyajlı Kamov helikopterinin uçuşu

Ötən günlərdə İran və Rusiya arasında Su-35 qırıcıları, S-400 hava hücumundan müdafiə sistemləri və Kamov helikopterləri (Ka-52) müqabilində İranın ballistik raketləri və kamikadze dronlarının satışı sahəsində hərbi əməkdaşlıq barədə müxtəlif məlumatlar yayılaraq, İrandakı bəzi rəsmilər tərəfindən təsdiqlənmişdir. Bununla bağlı İran İslam Respublikasının Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının nümayəndəsi və üzvü Şəhriyar Heydəri Rusiya qırıcılarının İrana satılmasını təsdiqləyərək deyib: “İranın Rusiyadan sifariş etdiyi “Sukhoy-35” qırıcı təyyarələri mart-aprel aylarında ölkəmizə gələcək. Biz Rusiyaya müdafiə sistemləri, raketlər və helikopterlər kimi sifarişlər vermişik və bu sursatların çoxu tezliklə ölkəyə daxil olacaq.”

Daha çox oxuyun: Hərbi Məlumat: Su-35 Çoxməqsədli Qırıcı

İran və Rusiya arasında hərbi, çoxməqsədli və yüngül vertolyotların alınması ilə bağlı danışıqlar 2015-ci ildə İran Silahlı Qüvvələrin Aviasiya Sənayesi Təşkilatı və Rusiyanın Kamov şirkəti və digər hərbi təşkilatları arasında başlayıb və son aylarda bu proses daha da sürətlənib. Ukraynada müharibənin davam etməsi və Qərbin iki ölkəyə qarşı tətbiq etdiyi sanksiyalarla İran və Rusiya arasında əməkdaşlıq artıb və iki ölkənin müxtəlif hərbi və iqtisadi sahələrdə qüdrətinin güclənməsinə səbəb olub.

Daha çox oxuyun: Washington Post: Rusiya İrandan Zülfüqar və Fateh-110 raketləri alıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir