Talibanın mənəvi paytaxtı üzərində naməlum dronların uçuşu müşahidə edilib

Bazar ertəsi 16 Yanvar 2023 - 18:52
https://az.iswnews.com/?p=17911

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, naməlum dronlar Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətinin səmasında 72 saat uçuş həyata keçirib.

Qəndəhar şəhərinin sakinlərinin verdiyi məlumata görə, yanvarın 12-dən 14-dək Qəndəhar şəhəri və Qəndəharın qərbində yerləşən Mivand rayonu səmasında naməlum dronlar 72 saat ardıcıl uçuşlar həyata keçirib. Amerika dronlarının Əfqanıstan səmasındakı mövcudluğunun tarixini nəzərə alsaq, bu dronların da bu ölkəyə aid olması ehtimalı böyükdür.

Baxmayaraq ki, bu dronların patrul xidməti Qəndəhar vilayətində hücuma səbəb olmasa da, bu ərazilər Talibanın lideri Molla Həbtullah Axundzadə və bu qrupun digər rəsmilərinin iqamətgahları olduğu üçün onların uçuşları mühüm əhəmiyyət kəsb edir.

Amerika dronları keçmişdə də Əfqanıstanın Qəzni, Helmənd, Kunar, Loqar, Paktiya və Təxar da daxil olmaqla, Kabil və digər əyalətlərinin səmasında patrul əməliyyatı həyata keçirmişdir, beləki 2022-ci il aprelin 8-də və 2022-ci il sentyabrın 8-də Helmənd əyalətində, 2022-ci il 8 may və 2022-ci il 6 avqustda Qəzni əyalətində, 2022-ci il iyulun 31-də və 2022-ci il sentyabrın 2-də, Kabil şəhərində, 2022-ci il sentyabrın 2-də, Taxar vilayətində, 2022-ci il avqustun 10-da, Kunar vilayətində və 2022-ci il sentyabrın 8-də Paktiya vilayətində hücumlar həyata keçirmişdi.

Amerika rəsmilərinin və yerli medianın açıqlamalarına görə, “Əl-Qaidə”nin lideri Əymən Əz-Zəvahiri və bu terror qruplaşmasının misirli komandirlərindən biri Əbu Həsən Əl-Mücahid ABŞ-ın Kabil şəhərinə iki dron hücumu nəticəsində öldürülmüşdür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir