Suriyada baş verən son hadisələr, 14 Yanvar 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusu kürd silahlılarının “Əl-Bab” şəhəri ətrafındakı Türkiyə hərbi bazasına raket hücumuna cavab olaraq, Hələb vilayətində yerləşən Təll-Rəəfət, Mərənaz, Bineh, Əbyən, Zur Muğar məntəqələrinə dron və artilleriya hücumları təşkil edib.
1- Hələb:
– Yanvarın 14-də Türkiyə ordusu kürd silahlılarının “Əl-Bab” şəhəri ətrafındakı Türkiyə hərbi bazasına raket hücumuna cavab olaraq, Hələb vilayətində yerləşən Təll-Rəəfət, Mərənaz, Bineh, Əbyən, Zur Muğar məntəqələrinə dron və artilleriya hücumları təşkil edib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu hücumlar zamanı 11 kürd silahlısı öldürülüb.
– Yanvarın 12-də Hələbin qərbində yerləşən Kəfər-Nuran kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya zərbələri ilə hədəfə alınıb.
– Yanvarın 12-də Türkiyə ordusunun Suriya ordusunun Afrin ətrafının “Miase” kəndindəki mövqelərinə artilleriya zərbələri nəticəsində briqada generalı Əmmar Cüdət Tişuri şəhid olub.
– Suriyalı qaçqınların 50 ailəsinin məskunlaşdırılması məqsədi ilə Hələbin şimal ətraflarında yerləşən Afrin şəhərinin qərbindəki Cendires bölgəsində “Əcnadin Fələstin” adlı yaşayış məntəqəsinin tikintisinə başlanılıb.
Daha çox oxuyun: Fələstinlilərin köməyi ilə Hələbin şimalında yeni şəhərciyin tikintisinə başlanılıb
– Yanvarın 10-da Təhrir əş-Şam terrorçuları Hələbin qərbində, Bəsratun məntəqəsində Suriya ordusunun qərargahlarından birinə qarşı əməliyyata başlayıb. Bu əməliyyat zamanı bir neçə suriyalı əsgər şəhid olub, bir neçəsi isə yaralanıb.
– Yanvarın 10-da Hələbin qərbində yerləşən Kəfər-Əmə kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya zərbələri ilə hədəfə alınıb.
– Yanvarın 8-də Hələb vilayətində yerləşən Əl-Bab şəhərində iki bombanın partlaması nəticəsində bir hücumçu öldürülüb, bir neçə terrorçu yaralanıb.
Daha çox oxuyun: Suriyanın Əl-Bab şəhərində iki partlayış baş verib
– Bu ilin əvvəlindən Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Afrin bölgəsində müxtəlif bəhanələrlə 2-si qadın olmaqla 17 mülki şəxsi həbs edib.
Daha çox oxuyun: Suriyanın Hələb vilayətində terrorçular tərəfindən 17 mülki şəxs həbs edilib
2- İdlib:
Yanvarın 8-də İdlibin qərbində naməlum silahlı şəxslərin Təhrir əş-Şamın maşınına atəş açması nəticəsində terrorçulardan biri ölüb, bir nəfər isə yaralanıb.
Daha çox oxuyun: İdlibin qərbində Təhrir əş-Şam terror qruplaşmasının üzvü öldürüldü
3- Dəraa:
– Yanvarın 8-də Əl-Sənəmin şəhərində naməlum silahlı ünsürlərin atəş açması nəticəsində suriyalı hərbçilərdən biri şəhid olub.
– Dəraa əyalətində iki aylıq nisbi sakitlikdən sonra bu əyalətdə naməlum silahlı qrupların Suriya ordusu qüvvələrinə qarşı hücumları yenidən başlayıb.
Daha çox oxuyun: Dəraada Suriya əsgərlərinə qarşı hücumlar artıb; İŞİD öz qüvvələrini yeniləyib?
4- Deyr əz-Zor:
– Deyr əz-Zor əyalətində yerləşən kürd silahlılarının nəzarəti altında olan ərazilərdə yerləşən Ziban qəsəbəsinin bir qrup sakini Suriya Demokratik Qüvvələrindən (SDQ) mövcudluğuna etirazlarını və Suriya hökumətinə dəstəklərini bildirmək üçün bu qəsəbənin məktəblərindən birində Suriya bayrağı qaldırıblar.
Daha çox oxuyun: SDQ qüvvələrinin nəzarətindəki bölgədə Suriya bayrağı dalğalanıb!
– İŞİD xəbər mənbələri Suriya Demokratik Qüvvələrindən (SDQ) birinin Deyr əz-Zor vilayətinin Havi Əl-Hisan kəndində öldürülməsi barədə məlumat yayıb.
– Suriya Demokratik Qüvvələrinin (SDQ) Həsəkə vilayətində həyata keçirdiyi “Əl-Cəzirə İldırımı” əməliyyatı başa çatdıqdan sonra İŞİD terror qruplaşmasının bu əyalətdəki gizli mərkəzlərini məhv etmək iddiası ilə kürd silahlıları Deyr əz-Zor əyalətində də oxşar əməliyyata başlamaq niyyətindədirlər.
5- Raqqa:
– Yanvarın 8-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəf aldı.
– Naməlum ünsürlərin Raqqa vilayətində kürd silahlı birləşmələrinin qüvvələrinə və qərargahlarına hücumlarının artmasından sonra Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa şəhəri və ətraf ərazilərdə genişmiqyaslı əməliyyata başlayıb.
Daha çox oxuyun: Suriyanın Raqqa vilayətində SDQ qüvvələri tərəfindən mülki vətəndaşlar həbs edilib
6- Həsəkə:
– Yanvarın 9-da Amerika koalisiyası Əl-Şəddadi şəhərinə hərbi karvan göndərdi.
– Yanvarın 7-də Əl-Dərbasiyyə məntəqəsi ətrafında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyə ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– “Əl-Cəzirə İldırımı” əməliyyatının bitməsindən bir neçə gün sonra Suriya Demokratik Qüvvələri bu əməliyyat zamanı Təll-Həmis bölgəsindən olan 20 məhbusu azad edib.
Daha çox oxuyun: Suriyadakı SDQ tərəfindən həbs edilən mülki vətəndaşlardan 20-si sərbəst buraxılıb
– Yanvarın 14-də Suriya Demokratik Qüvvələri (SDQ) Həsəkə vilayətində yerləşən Əl-Hul düşərgəsinin beşinci bölməsindən olan üç qaçqını həbs edib.
7- Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri və bu ölkənin prezident seçkilərinə namizəd Kamal Qılıncdaroğlu Türkiyədəki prezident seçkilərində qalib gələcəyi təqdirdə suriyalı qaçqınları bir neçə mərhələdə Suriyaya qaytaracağını iddia edib.
Daha çox oxuyun: Türkiyə prezident seçkiləri namizədi Suriyalı qaçqınların geri qaytarılması barədə öz planını açıqlayıb
8- Suriyanın “Əl-Vətan” qəzeti Suriya, Türkiyə və Rusiya xarici işlər nazirlərinin çərşənbə günü Moskvada görüşü barədə xəbəri təkzib edib. Bu qəzet yazıb: “Hələlik Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü üçün konkret vaxt təyin olunmayıb və indiyə qədər dərc olunanların hamısı əsassızdır”.
Daha çox oxuyun: Rusiya, Suriya və Türkiyə xarici işlər nazirlərinin Moskvadakı ehtimal olunan görüşü təkzib edildi
9- Suriyadakı yanacaq böhranı suriyalıların həyatının bütün sahələrinə kölgə salmağa davam edir və soyuq hava səbəbindən yanacağın qiyməti kəskin şəkildə artıb. Son günlər neft və qaz daşıyan 3 tanker Suriyanın Banias limanına daxil olub və bu məsələnin Suriyanın yanacaq bazarına müsbət təsir edəcəyi gözlənilir.
Daha çox oxuyun: Üç yanacaq tankeri Suriyanın Banias limanına çatdı
10- Türkiyənin “Aydınlıq” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması və normallaşması prosesinin üçüncü mərhələsində Suriyanın şimalındakı baş verən hadisələr fonunda, Türkiyə prezident seçkilərindən öncə (may 2023) görüşəcəklər.
Daha çox oxuyun: Ərdoğan və Əsəd Türkiyə prezident seçkiləri öncəsi görüşəcəklər!
11- Yanvarın 12-də Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb və danışıb.
Daha çox oxuyun: Putinin xüsusi nümayəndəsi Bəşər Əsədlə görüşüb + FOTO
12- Yanvarın 14-də Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı bölgəsində əsgərlərindən birinin həlak olduğunu açıqlayıb.
Daha çox oxuyun: Suriyanın şimalında bir türk əsgəri həlak olub
13- Yanvarın 14-də İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmirabdullahian Suriyanın paytaxtı Dəməşqə səfər edib və onu suriyalı həmkarı Feysəl Əl-Miqdad qarşılayıb.
14- Yanvarın 14-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozub, onlardan 2 hadisə İdlib əyaləti, 1 hadisə isə Latakiya əyaləti ilə bağlı olub.
Rəy