Suriyanın Hələb vilayətində terrorçular tərəfindən 17 mülki şəxs həbs edilib

Cümə 13 Yanvar 2023 - 19:52
https://az.iswnews.com/?p=17772

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, son on gündə Türkiyənin dəstəklədiyi terrorçular Afrin məntəqəsində yaşayan 17 mülki vətəndaşı həbs edib.

Bu ilin əvvəlindən Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Afrin məntəqəsində 2-si qadın olmaqla 17 mülki şəxsi müxtəlif bəhanələrlə həbs edib.

Sözügedən şəxslərdən bəzilərinin Türkiyənin dəstəklədiyi terrorçulara qarşı çıxdıqları, ikisinin isə kürd silahlı birləşmələri ilə əməkdaşlıq etdikləri üçün həbs edildiyi bildirilir.

Qeyd edək ki, Afrin şəhəri və ətrafı 2018-ci ilin mart ayından Türkiyənin dəstəklədiyi terrorçuların nəzarəti altındadır. Bu ərazilərin terrorçular tərəfindən işğalından sonra Afrin və ətraf rayonlar hər zaman terrorçular tərəfindən müxtəlif bəhanələrlə mülki şəxslərin müxtəlif həbslərinin şahidi olub. Yanvarın 5-də Türkiyənin dəstəklədiyi terrorçular Hələb vilayətinin Afrin şəhərinin şimal-qərbindəki Moabtali bölgəsindəki Şıxotka kəndindən “Mahir Məhəmməd Şeyx Seyyidi” və “Ədnan Məhəmməd Rəşid” adlı iki mülki şəxsi naməlum səbəblərdən həbs edib.

Daha çox oxuyun: Suriyanın Hələb vilayətində şantaj məqsədi ilə terrorçular tərəfindən mülki şəxslərin həbsi artıb!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir