İordan çayının qərb sahilində dörd fələstinli şəhid olub + FOTO

Cümə 13 Yanvar 2023 - 19:43
https://az.iswnews.com/?p=17759

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin İordan çayının qərb sahilində bir neçə məntəqəyə hücumu zamanı 4 fələstinli şəhid olub.

Yanvarın 11-də İsrail əsgərləri “Balata” düşərgəsinə hücum edib və bu zaman “Əhməd Əbu Cüneyd” ​​adlı 21 yaşlı fələstinli başından güllə yarası alıb və şəhid olub.

Şəhid Əhməd Əbu Cüneyd

Əbu Cüneydin şəhadətindən bir neçə saat sonra Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilinin cənubunda yerləşən Əl-Xəlil şəhərinin cənubunda sionistlərin yaşadığı “Həfət Yəhuda” qəsəbəsi yaxınlığında sionist qüvvələri tərəfindən güllələnərək yaralanan “Sənəd Məhəmməd Osman Səmamirə” adlı fələstinli gəncin şəhadət xəbərini yayımladı.

Şəhid Sənəd Məhəmməd Osman Səmamirə

Bu hadisələrdən bir gün sonra sionistlərin işğal olunmuş Qüdsün şimalındakı Qələndiya düşərgəsinə hücumundan sonra 41 yaşlı fələstinli Səmir Əvni Hərbi Əslan oğlunun həbsinə mane olmaq istəyərkən sinəsindən güllə yarası alaraq şəhid olub.

Şəhid Səmir Əvni Hərbi Əslan

Həmçinin, dünən İsrail hərbçilərinin Ceninin cənubundakı Qəbatiyyə qəsəbəsinə hücumu zamanı 25 yaşlı fələstinli gənc “Həbib Məhəmməd Əbdürrəhman Kumeyl” şəhid olub. Bu gənc fələstinlinin şəhid olması ilə İordan çayının qərb sahilində son 48 saat ərzində fələstinli şəhidlərin sayı 4-ə yüksəldi.

Şəhid Həbib Məhəmməd Əbdürrəhman Kumeyl

Qeyd edək ki, son 48 saatda sionist qüvvələrin 4 fələstinlini şəhid etməsini nəzərə alsaq, Fələstin müqavimət dəstələrinin İordan çayının qərb sahilində anti-İsrail əməliyyatlarını gözləmək uzaq görsənmir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir