İdlibin qərbində Təhrir əş-Şam terror qruplaşmasının üzvü öldürüldü
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın İdlib vilayətinin qərbində naməlum silahlıların Təhrir əş-Şam terrorçularının avtomobilinə atəş açması nəticəsində terrorçulardan biri ölüb, digəri isə yaralanıb.
Naməlum silahlı şəxslər bu gün bazar günü yerli vaxtla səhər saat 5:00 radələrində İdlib vilayətinin Cisr əş-Şuğur şəhərinin kənarındakı Əl-Yəqubiyyə kəndi yaxınlığında Təhrir əş-Şam terrorçularının avtomobilini hədəfə alıblar. Həmin hadisə zamanı bir nəfər terrorçu öldürülüb, biri yaralanıb. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bu hücum, Təhrir əş-Şam terrorçularının İdlib vilayətində bu ayda maşınlarına olunan ikinci hücumdur. Bundan əvvəl Təhrir əş-Şam terrorçularına aid avtomobil, Əl-Məstumə yolunda naməlum silahlı şəxslərin hədəfinə çevrilmiş və bu hadisə zamanı onlardan ikisi həlak olmuşdur.
Qeyd edək ki, İdlib vilayətinin müxtəlif bölgələrində son həftələr terror qruplaşmalarının komandirlərinə və terrorçulara qarşı sui-qəsdlərin və hədəfli hücumların artması müşahidə olunur.
Rəy