Taliban və Çin Əfqanıstanın şimalında neft və qaz hasilatı ilə bağlı müqavilə imzalayıb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Çin Milli Neft Şirkəti ilə Taliban hökumətinin Mədən və Neft Nazirliyi arasında Əfqanıstanın şimalında Amu dəniz hövzəsində neft və qaz yataqlarının kəşfiyyatı və hasilatının çıxarılmasına dair 25 illik müqavilə imzalanıb.
Çin Milli Neft Şirkəti (CPEIC) və Talibanın Mədən və Neft Nazirliyi yanvarın 5-də Əfqanıstanın şimal əyalətlərində yerləşən Amu dəniz yataqlarında neft və qazın kəşfiyyatı və hasilatının çıxarılması üzrə 25 illik müqavilə imzalayıblar. Müqavilənin imzalanması mərasimi Talibanın mədən və neft (xam neft) naziri Şahabuddin Delavər, Talibanın baş nazirinin iqtisad üzrə müavini Moləvi Əbdül Qəni Bəradər və Çinin Əfqanıstandakı səfiri Vanq Yunun iştirakı ilə keçirilib.
Bu müqaviləyə əsasən, Çin Milli Neft Şirkəti Sərepol, Cauzcan və Faryab əyalətlərində 4500 kvadrat kilometr əraziyə malik Qaşqari, Zümrüdsay, Bazarkəmi, Ağdərya və Anqut neft yataqlarından gündəlik orta hesabla 1-20 min ton neft hasil edəcək.
Həmçinin, Çin Milli Neft Şirkəti müqavilənin birinci ilində Amu dəniz yataqları üzərində 150 milyon dollar, növbəti üç ildə isə 540 milyon dollar sərmayə qoymağı öhdəsinə götürüb. Bu neft yataqlarında Talibanın payı ilk illərdə 20%, növbəti illərdə isə 75%-ə qədər artacaq.
Qeyd edək ki, ilk il ərzində müqavilənin şərtlərinin pozulmasının qarşısını almaq üçün Taliban ilkin şərt kimi onun birtərəfli qaydada ləğvini təklif etmiş və çinlilər də bunu qəbul etmişdilər.
Amu dəniz yataqları Sərepol, Cauzcan və Faryab əyalətlərinin neft yataqlarına deyilir. Həmin bölgənin təkcə beş yatağından çıxarılan neftin miqdarının 87 milyon barreldən çox xam neft olduğu bildirilir və onlarla başqa neft yatağı hələ də yoxlanılmamış, tədqiq edilməmiş və hasilatı çıxarılmamışdır.
Daha çox oxuyun: Çinlilər Əfqanıstanın qızıl mədənlərini qarət etməyə başladılar
Rəy