“Ma Xufiyə Əəzəm” sənədli filmi; İordan çayının qərb sahilindəki müqavimət dəstələrinin araşdırılması + VİDEO

Şənbə 7 Yanvar 2023 - 21:58
https://az.iswnews.com/?p=17487

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Cəzirə kanalı “Ma Xufiyə Əəzəm” (Bizim gizlin (tərəfimiz) daha böyükdür) adlı sənədli filmi yayımlayaraq, Ərinul-Usud və Kətaib Cenin də daxil olmaqla İordan çayının qərb sahilindəki Fələstin müqavimət dəstələrini araşdırıb.

Yanvarın 6-da Əl-Cəzirə kanalı İordan çayının qərb sahilindəki Fələstin müqavimət dəstələri, o cümlədən Ərinul-Usud və Kətaib Cenin dəstələrini araşdırmaq məqsədi ilə “Ma Xufiyə Əəzəm” adlı sənədli film yayımlayıb.

Bu sənədli filmdə ilk dəfə olaraq İordan çayının qərb sahilində müqavimət dəstələrinin bəzi əməliyyatlarının təfərrüatları açıqlanıb və Fələstin müqaviməti ilə sionist rejim arasındakı müxtəlif cəbhələrdə baş verən qarşıdurmaların gizli tərəfləri araşdırılıb.

Bu sənədli filmdə İslami Cihad hərəkatının komandirlərindən olan Əkrəm Əl-Əəcuri 2019-cu ildə Dəməşqdə ona tuşlanmış sui-qəsdin təfərrüatlarını açıqlayıb. O vurğulayıb ki, Kətaib Ceninin İordan çayının qərb sahilində onlarla hazır və təlim keçmiş mücahidləri və bir neçə başqa batalyonu var.

“Ma Xufiyə Əəzəm” sənədli filmdə dörd il müddəti boyunca Fələstin Milli İdarəsinin həbsxanasında saxlanılan və hələ də orada olan Ərinul-Usud müqavimət dəstəsinin komandirlərindən Müsəb Aştiyenin mesajı təqdim olunub.

Bu sənədli filmdə bildirilir ki, Qüdsdə İsrail rejiminin kəşfiyyat idarəsinin zabiti ilə gizli görüş zamanı ikitərəfli casus olan şəxs onun şəklini çəkib, sonra isə Qəzzaya geri dönə bilib.

Ərinul-Usud müqavimət dəstəsinin komandirlərindən biri Əl-Cəzirə kanalında yayımlanan “Ma Xufiyə Əəzəm” sənədli filmdə deyib: “Fələstin Milli İdarəsinin təhlükəsizlik xidməti əməkdaşları imtiyazlar və külli miqdarda pul vermək müqabilində onlara təslim olmağımızı təklif etdilər. Biz heç vaxt təslim olmayacağıq. İordan çayının qərb sahilində çoxlu sayda naməlum mücahidlərimiz var.”

Bu sənədli filmin nəşri və İordan çayının qərb sahilində müqavimət dəstələrinin fəaliyyətlərinin artması ilə bağlı araşdırmalar göstərir ki, sionist rejimi yaxın gələcəkdə indiki problemlərdən daha çox böyük olan problemlər gözləyir. Çox güman ki, İsrail rejiminin təhlükəsizlik əməliyyatları silsiləsi İordan çayının qərb sahilindəki müqavimət dəstələri ilə qarşılaşmaq məqsədi ilə kəskin şəkildə artacaq və həmçinin, bu rejimin təhlükəsizlik komandirləri İordan çayının qərb sahilindəki müqavimət dəstələrini yatırmaq üçün yeni taktikalara əl atacaqlar.

Daha çox oxuyun: “Ərinul-Usud” Fələstin müqavimət ədəbiyyatında yeni, lakin səs-küylü dəstə

“Ma Xufiyə Əəzəm” sənədli filmi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir