Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları Təhrir əş-Şam terrorçuları ilə görüşüb

Cümə 6 Yanvar 2023 - 23:57
https://az.iswnews.com/?p=17408

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları Təhrir əş-Şam terrorçuları ilə gizli görüş keçirərək bu qruplaşmaya qarşı çıxan digər terrorçularla necə davranılacağını və Suriyanın şimalındakı son hadisələri müzakirə edib.

Türkiyənin müdafiə naziri Hulusi Akarın İdlibdə M4 avtomobil yolunda Türkiyə ilə Rusiya arasında birgə patrul əməliyyatının başlaya biləcəyi ehtimalı ilə bağlı açıqlamasından sonra Bab Əl-Huvi keçidində Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə Təhrir əş-Şam komandirləri arasında gizli görüş keçirilib.

Əl-Covlaniyə yaxın şəxslərdən biri və Təhrir əş-Şamın yüksək rütbəli komandiri Meysərə Əl-Cəbburi, Təhrir əş-Şamın ictimai təhlükəsizlik komandiri Əbu Məhəmməd və dörd Türkiyə Təhlükəsizliyi Xidmətinin əməkdaşının iştirak etdiyi dörd saatlıq bu görüşdə, Təhrir əş-Şama müxalif olan digər terrorçuların birgə patrul xidmətinin iştirakçılarına yarada biləcək təhlükələr müzakirə edildi.

İki ay əvvəl Türkiyə Təhlükəsizliyi Xidməti Təhrir əş-Şam qüvvələri ilə görüş keçirib və bu toplantıda türklər Türküstan Partiyasına bağlı qüvvələr istisna olmaqla, İdlib və onun ətraflarında yerləşən xarici qüvvələrin siyahısını alıb. Suriya, Türkiyə və Rusiya arasında məsləhətləşmələrin artması, həmçinin İdlib vilayətində Rusiya ilə Türkiyə arasında birgə patrulların başlaması nəzərə alınarsa, Türkiyə Təhlükəsizliyi Xidməti ilə Təhrir əş-Şam terrorçuları arasında da görüşlərin və koordinasiyanın artacağı ehtimal edilir.

Qeyd edək ki, bu görüş bir neçə gün əvvəl Təhrir əş-Şam rəhbərinin “Lən Nusalih” adlı qısa videoçarxda Türkiyə ilə Suriya arasındakı münasibətlərin yaxınlığına və iki ölkə rəsmilərinin Moskva görüşünə reaksiya verərkən baş tutub. Bununla bağlı Əl-Covlani bəyan tmişdir: “Suriya və Rusiya hökumət rəsmiləri arasında Türkiyə ilə görüş və danışıqlar Suriya inqilabının məqsədlərindən təhlükəli bir sapmadır və biz hər hansı bir razılaşma planını rədd edirik. Tərəfdarlarımız üzülməsin”.

Daha çox oxuyun: Təhrir əş-Şam terrorçularının rəhbəri Türkiyə ilə Suriya danışıqlarına qarşı çıxıb + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir