BƏƏ xarici işlər naziri son on ildə ikinci dəfə olaraq Suriyaya səfər etdi!

Cümə 6 Yanvar 2023 - 23:34
https://az.iswnews.com/?p=17405

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, BƏƏ xarici işlər naziri Dəməşqdə Suriya prezidenti ilə görüşüb və tərəflər arasında əlaqələrin inkişafını müzakirə edib.

BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Aali-Nihyan yanvarın 4-də Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Bəşər Əsəd və Abdullah bin Zayed iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq və Əbu-Dabi ilə Dəməşq arasında ticarət və iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər. Bu görüşdə Aali-Nihyan BƏƏ-nin Suriyadakı münaqişələrə son qoymaq üçün siyasi həll yolunu dəstəklədiyini açıqlayıb.

Bu, BƏƏ xarici işlər nazirinin son 10 ildə Suriyaya ikinci səfəridir. Bu səfər Rusiya, Türkiyə və Suriyanın Moskvada keçirilən üçtərəfli görüşündən bir neçə gün sonra baş tutub.

Daha çox oxuyun: Moskvada Rusiya, Türkiyə və Suriyanın üçtərəfli görüşü keçirilib

Xatırladaq ki, 2022-ci il martın 18-də Suriya prezidenti Bəşər Əsəd 11 ildən sonra BƏƏ-yə səfər etmiş və bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşüb müzakirələr aparmışdır.

Daha çox oxuyun: Suriya prezidentinin BƏƏ-yə səfəri + Şəkillər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir