Taliban Kabildə İŞİD-in sığınacağına qarşı əməliyyat keçirib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban Təhlükəsizliyi Xidmətinin Əfqanıstanın paytaxtı Kabildə İŞİD terror qruplaşmasının sığınacaqlarından birinə qarşı həyata keçirdiyi əməliyyat nəticəsində 14 İŞİD üzvü öldürülüb və yaralanıb.
Yanvarın 4-də Taliban silahlılarının Kabil şəhərinin 8-ci rayonunda yerləşən Şohədaye- Salehin məhəlləsində İŞİD-in sığınacaqlarından birinə qarşı keçirdiyi təhlükəsizlik əməliyyatı zamanı 14 tacik İŞİD üzvü öldürülüb və yaralanıb.
Yerli medianın bu tacik İŞİD şəbəkəsi barəsindəki açıqlamalarına görə, bunlar dekabrın 12-də çinlilərin Longan otelinə və yanvarın 1-də Kabil Beynəlxalq Hava Limanının hərbi hissəsinə kamikadze hücumunun hazırlanmasında iştirak ediblər.
Bu əməliyyatla eyni vaxtda Taliban silahlıları Nimruz vilayətinin mərkəzi Zaranc şəhərində İŞİD-in iki qadın üzvünün iqamətgahını müəyyən edərək, onları həbs ediblər. Bu İŞİD qadınları İŞİD əcnəbi üzvlərinin Əfqanıstana gətirilməsindən məsul olublar.
Əfqanıstanda İŞİD və Taliban arasında münaqişə aşkar olmasa da, bu qrupun Kabil və digər şəhərlərdə törətdiyi terror fəaliyyətləri bu terror qruplaşmasının Taliban hökumətinin bütün strukturunda dərin təsirini göstərir. Belə ki, Taliban üzvlərini İŞİD-dən ayırmaq həm də Taliban Təhlükəsizliyi Xidmətinin işçiləri üçün mürəkkəb və çətin məsələyə çevrilib.
Rəy