Şəhid Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü münasibəti ilə başsağlığı veririk
ZUHUR ORDUSU komandirlərindən olan “Kölgə” generalı, qəlblərin Sərdarı ŞƏHİD QASİM SÜLEYMANİ
Qısa bioqrafiyası:
Şəhid Hacı Qasim Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. 1975-ci ildə Kirman Su İdarəsində podratçı olaraq işə başlamışdı. Boş vaxtlarında yerli idman salonlarında ağırlıqlıq qaldırma ilə məşğul olurdu və Ayətullah Xomeyninin səyahət edən ardıcıllarından olan Höccət Kamyab adlı təbliğatçısının xütbələrinə qatılırdı.
Hərbi karyerası:
İranda 1979-cu ildə Şah Pəhləvinin devrilməsi və Ayətullah Xomeyni öndərliyində şiəliyin dövlət səviyyəsinə qaldırılaraq islam respublikası yaradılması ilə nəticələnən İran İslam İnqilabından sonra Qasim Suleymani İslam İnqilabı Keşikçiləri Korpusuna qatılıb. Hərbi təhsilinin olmamasına rəğmən orduda tez bir zamanda yüksəlməyi bacarıb. Karyerasının başlanğıcında o, keşikçi vəzifəsində İranın şimal-qərbinə göndərilib və Qərbi Azərbaycan vilayətində kürd separatçı üsyanının yatırılmasında iştirak edib.
22 sentyabr 1980-ci ildə Səddam Hüseyn İranı işğal etmək istəyi ilə İran-İraq müharibəsi (1980–1988)-nə başladığı vaxt Qasim Suleymani öz komandanlığı altında tərkibi Kirmanlı əsgərlərdən ibarət hərbi qrup yaradaraq onlara şəxsən təlim keçərək müharibəyə qatıldı. Hələ 30 yaşı tamam olmamasına baxmayaraq böyük hərbi əməliyyatlara qatılaraq, İraqın işğal etdiyi torpaqları geri qaytarmaqda müvəffəqiyyətli əməliyyatlardakı rolundan ötəri tezliklə ordu sıralarında yüksəlməyə və cəsarəti ilə şöhrətini artırmağa nail olub. Bu uğurlu yüksəlişin sonunda 20 yaşlarında gənc olmasına rəğmən 41-ci Sarallah divizionunun komandiri təyin edildi. Əsasən cənub cəbhəsində döyüşən Qasim Suleymani 1981-ci ildə keçirilən Tariq-əl-Qüds əməliyyatında ağır yaralanıb.
General Qasim Suleymani 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Qasim Suleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verib. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb.
Şəhadəti:
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ pilotsuz təyyarəsindən endirilən raket zərbələri nəticəsində general Qasim Suleymani şəhid olub. Əməliyyat Bağdad aeroportu rayonunda ABŞ Xüsusi Əməliyyatlar üzrə Birləşmiş Komandanlığı USSOCOM tərəfindən həyata keçirilib. Əməliyyatda pilotsuz təyyarələrdən istifadə olunub və general Qasim Suleymaninin də olduğu avtomobil kalonuna raket zərbələri endirilib. Nəticədə Qasim Suleymani ilə yanaşı daha doqquz nəfər, o cümlədən İraqdakı “Həşdi Şabi” şiə qruplaşmasının lideri Əbu Mehdi əl-Mühəndisi də şəhadətə qovuşub.
Rəy