İŞİD Kabil hava limanına kamikadze hücumu edib + VİDEO və FOTO

Bazar ertəsi 2 Yanvar 2023 - 23:06
https://az.iswnews.com/?p=17122

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD-in Kabil Beynəlxalq Hava Limanının hərbi hissəsinə kamikadze hücumu nəticəsində 32 Taliban üzvü öldürülüb və yaralanıb.

İŞİD terror qruplaşmasının əməliyyatçılarından birinin Kabil şəhərinin 9-cu rayonunda yerləşən Kabil Beynəlxalq Hava Limanının hərbi hissəsinin birinci nəzarət-buraxılış məntəqəsinə həyata keçirdiyi kamikadze hücumu nəticəsində 14 Taliban silahlısı öldürülüb, 22 nəfər yaralanıb.

Bu, Əfqanıstanın paytaxtında Talibanın ən mühüm hərbi hissəsinə qarşı ilk terror aktıdır və Taliban mediası indiyədək onun təfərrüatlarını dərc etməyib.

İŞİD-ə bağlı Əəmaq Xəbər Agentliyi yanvarın 2-də bəyanat və əməliyyat icraçısının şəklini yayımlayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu bəyanata görə, İŞİD-in kamikadzelərindən biri Kabil Beynəlxalq Hava Limanında Taliban hərbi qərargahının təhlükəsizlik nəzarət-buraxılış məntəqəsini keçdikdən sonra Taliban silahlılarının toplaşdığı yerin ortasında intihar kəmərini partladıb. İŞİD-in məlumatına görə, bu hücumda Talibanın 20 üzvü öldürülüb, 30-a yaxını isə yaralanıb. İŞİD mediası həmçinin, bu əməliyyatın icraçısının bu qruplaşmanın Kabil şəhərindəki Çin hotelində apardığı əməliyyatda girov götürülmüş sonra hoteldən qaçmağa müvəffəq olduğunu açıqlayıb!

Bu hücumu İŞİD terror qruplaşmasının Kabil hava limanına ikinci hücumu kimi qiymətləndirmək olar. İŞİD-in Kabil hava limanına ilk hücumu 2021-ci il avqustun 26-da xarici qüvvələrin Əfqanıstandan çıxarılması zamanı həyata keçirilmişdir. Həmin hücumda 13-ü amerikalı olmaqla 97 nəfər ölmüş, 220 nəfər yaralanmışdır.

Daha çox oxuyun:
Kabildə çinlilərin hotelinə silahlı hücum olub + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir