İsrailin baş naziri Mossad rəhbəri ilə görüşüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail rejiminin baş naziri, bu rejimin casusluq agentliyi olan Mossadın anti-İran əməliyyatları və fəaliyyətləri barədə onun rəhbəri ilə görüşü zamanı məlumatlanıb.
Sionist rejimin baş naziri Benyamin Netanyahu və Mossad kəşfiyyat agentliyinin rəhbəri David Barnea yanvarın 1-də görüşərək bir-biri ilə müzakirələr aparıblar.
İsrail rejiminin ərəb sözçüsündən verilən açıqlamaya görə, Benyamin Netanyahu işgüzar görüş zamanı bu xidmətin qərargahında Mossadın rəhbəri David Barnea ilə görüşüb.
Bu görüşdə İsrail rejiminin baş nazirinə cari kəşfiyyat və əməliyyat məsələləri və Mossadın bütün fəaliyyəti, xüsusən də İran məsələsi ilə bağlı məlumat verilib.
Qeyd edək ki, bu, Benyamin Netanyahu ilə İsrailin kəşfiyyat xidmətinin rəhbəri arasında işğal olunmuş ərazilərdə yeni nazirlər kabineti formalaşdırıldıqdan sonra ilk rəsmi görüşdür. Tərəflərin keçmişdəki tapşırıqları və açıqlamalarına nəzər salsaq, çox güman ki, bu görüşdən sonra terror fəaliyyətləri, xüsusən də İranın nüvə və müdafiə proqramına qarşı əməliyyatlar Mossad ünsürləri tərəfindən artacaq.
Rəy