Suriyada baş verən son hadisələr, 28 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəməşqin ətrafında yerləşən Zakiyə bölgəsində naməlum silahlı ünsürlərin Suriya ordusu qüvvələrinə hücumu nəticəsində Suriya əsgərlərindən biri şəhid olub, digəri isə yaralanıb.
1- Hələb:
– Suriyanın şimalında yerləşən Eyn Əl-Ərəb şəhərinin şərq ətrafında Rusiya hərbi polisinin patrulu türk əsgərlərinin iştirakı olmadan həyata keçirilib. Rusiyalı cəbhə komandiri bildirib ki, Türkiyə hərbçilərinin və Rusiya ordusuna məxsus helikopterlərin karvanı müşayiət etməməsinin səbəbi əlverişsiz hava şəraiti olub.
– Dekabrın 25-də İngiltərə Müdafiə Nazirliyi çərşənbə axşamı (20 dekabr tarixində) Suriyanın Hələb vilayətində yerləşən Əl-Bab şəhərindəki hədəflərə dron hücumuna görə məsuliyyəti öz üzərinə götürən bəyanat yayıb.
Daha çox oxuyun: Suriyanın Əl-Bab şəhərinə dron hücumuna görə məsuliyyəti İngiltərə öz üzərinə götürüb
– Dekabrın 26-da kürd silahlı birləşmələri Hələb əyalətinin Afrin şəhərinin cənubundakı Basufan bölgəsində Feyləq Əl-Şam terrorçularının mövqelərinə hücum edərək onlarla şiddətli toqquşmaya girib, nəticədə terrorçuların 6 üzvü öldürülüb və digər bir neçə nəfər yaralanıb. Bu hücumun “Afrinin Azadlığı Uğrunda” adlı qruplaşması tərəfindən həyata keçirildiyi və bunun son aylarda bu tipli ən ağır hücum olduğu bildirilir. Həmçinin, ağır toqquşmalara baxmayaraq, bu cəbhənin xətlərində heç bir dəyişiklik olmayıb.
Daha çox oxuyun: Kürd silahlıları Suriyanın Hələb vilayətinin şimalında terrorçuların mövqelərinə hücum edib
2- İdlib:
Dekabrın 25-də İdlibin cənubunda yerləşən Əl-Barə, Sufohan, Flifel və Kansafra bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
3- Dəraa:
Dekabrın 27-də naməlum silahlı ünsürlər Dəraanın şərqində yerləşən Əl-Cizə-Ğəsm marşrutu üzrə Əl-Cizə qəsəbə sədri Yusif Əl-Dahi-nin olduğu avtomobili hədəfə alıblar. Hücum zamanı Suriya polis qüvvələrindən biri şəhid və bir neçə nəfər isə yaralanıb. Münaqişə başlayandan sonra Əl-Dahi ilə də əlaqə kəsilib və onun naməlum silahlı şəxslər tərəfindən oğurlandığı deyilir.
4- Dəməşq:
Dekabrın 24-də Zakiyə bölgəsində naməlum silahlı ünsürlərin Suriya ordusu qüvvələrinə hücumu nəticəsində bir suriyalı əsgər şəhid olub, digəri isə yaralanıb.
5- Raqqa:
Dekabrın 26-da İŞİD terror qruplaşmasının iki ünsürü Raqqa şəhərinin qərbində yerləşən Əd-Dəriiyyə məhəlləsində kürd silahlılarının hərbi qərargahına hücum edib və bu zaman Suriya Demokratik Qüvvələrinin (SDQ) 6 üzvü öldürülüb. Bu qarşıdurma zamanı İŞİD ünsürlərindən birinin öldürüldüyü, digərinin isə partlayıcı jilet geyindiyi halda SDQ qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
Daha çox oxuyun: İŞİD ünsürləri Suriya Demokratik Qüvvələrinin Raqqanın mərkəzində yerləşən qərargahına hücum etdi + FOTO
6- Həsəkə:
– Dekabrın 25-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər şəhəri ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Dekabrın 28-də Amerika koalisiya qüvvələri Malikiyyə bölgəsinin kənarında patrul xidməti edib.
7- Dekabrın 24-də Türkiyənin müdafiə naziri Hulusi Akar Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, Suriyanın şimalında ehtimal olunan quru əməliyyatları üçün Suriya hava məkanından istifadəyə icazə almaq üçün Türkiyə ilə Rusiya arasında danışıqlar davam edir.
Daha çox oxuyun: Türkiyə Rusiya ilə Suriya hava məkanından istifadə üçün danışıqlar aparır
8- Türkiyə ordusu bir neçə gündən sonra, yenidən Raqqa və Həsəkə vilayətlərindəki hədəflərə dron və artilleriya hücumlarını bərpa etdi. Türkiyə ordusunun dronları Həsəkə əyalətinin Qamışlı şəhərinin şərqində yerləşən Qəhtaniyyə bölgəsində toyuq fermasını hədəfə alıb, nəticədə 4 qadın və bir uşaq yaralanıb. Bu hücumların davamında Türkiyə ordusunun qüvvələri Həsəkə vilayətində yerləşən Təll-Təmər şəhərinin kənarındakı Əl-Kuzəliyyə, Əl-Təvilə və Təll-Tavil kəndlərini və Raqqa vilayətində yerləşən Seyda kəndini, eləcə də Eyn-İsa şəhəri ətrafındakı M4 magistral yolunu hədəfə alıb.
Daha çox oxuyun: Türkiyə ordusu Suriyanın Raqqa və Həsəkə vilayətlərinə dron və artilleriyalardan istifadə edərək zərbələr endirib
9- Dekabrın 27-də Rusiyanın Suriyadakı Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 7 dəfə pozub, onlardan 3-ü İdlib əyaləti, 1-i Həma əyaləti, 3-ü isə Latakiya əyaləti ilə əlaqədardır.
Rəy