İŞİD ünsürləri Suriya Demokratik Qüvvələrinin Raqqanın mərkəzində yerləşən qərargahına hücum etdi + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Suriya Demokratik Qüvvələrinin (SDQ) Raqqa şəhərindəki qərargahına hücumu nəticəsində SDQ qüvvələrinin 4 üzvü həlak olub.
Bu gün dekabrın 26-da İŞİD terror qruplaşmasının iki üzvü Raqqa şəhərinin qərbində yerləşən Əd-Dəriiyyə məhəlləsində kürd silahlılarının hərbi qərargahına hücum edib və bu zaman Suriya Demokratik Qüvvələrinin (SDQ) dörd üzvü öldürülüb. Bu qarşıdurma zamanı İŞİD ünsürlərindən birinin öldürüldüyü, digərinin isə partlayıcı jilet geyindiyi halda SDQ qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
Bir neçə saat sonra İŞİD terror qruplaşması hadisənin icraçılarının şəkillərini dərc edərək bu əməliyyata görə məsuliyyəti öz üzərinə götürdü və bu hücum zamanı 6 SDQ əsgərinin öldürüldüyünü, 10 nəfərin isə yaralandığını iddia etdi.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa şəhərində İŞİD-in digər ünsürlərinin və bu iki İŞİD üzvünün mümkün dəstək qruplarının müəyyən edilərək tutulması üçün təhlükəsizlik əməliyyatına başlayıb və bu əməliyyat hələ də davam edir.
Rəy