Suriyada baş verən son hadisələr, 24 Dekabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəraa vilayətinin Ənxəl şəhərinin cənubunda Suriya ordusuna məxsus avtomobilin yoluna yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində Suriya əsgərlərindən biri şəhid olub, bir neçəsi isə yaralanıb.
1- Hələb:
– Dekabrın 20-də Türkiyə ordusu artilleriya hücumu ilə Eyn Əl-Ərəbin şərqindəki Ceyşan kəndini hədəfə aldı.
– Dekabrın 20-də Amerika koalisiyasının dronları Hələb əyalətində yerləşən Əl-Bab şəhərinin “Xolo” məhəlləsindəki evi hədəfə alıb. Hadisədən bir neçə dəqiqə sonra məlum olub ki, İŞİD terror qruplaşmasının komandirlərindən biri Əbu Yasir Əl-Yəməni ləqəbli Bəssa Əhməd Əl-Səvadi Amerika koalisiyası dronlarının hədəfinə çevirilib və ağır yaralanıb.
Daha çox oxuyun: Amerika koalisiyası Suriyanın Əl-Bab şəhərinə dronlarla hava zərbələri endirib + VİDEO və FOTO
– Dekabrın 22-də Türkiyənin Dabiq bölgəsindəki hərbi bazası kürd silahlılarının raket hücumuna məruz qalıb. Bu hücumun təfərrüatları barədə məlumat yoxdur.
2- İdlib:
– Dekabrın 22-də İdlibin cənubunda yerləşən Əl-Barə və Kansafra bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Təhrir Əş-Şam terrorçuları Suriya ordusunun İdlibin cənubunda yerləşən Muarəttu-Moxs və Əl-Bric cəbhələrinə hücumun görüntülərini yayımlayıb. Təhrir Əş-Şam bu toqquşmalar zamanı Suriya ordusunun 15 qüvvəsinin öldürüldüyünü və yaralandığını iddia etsə də, bu qruplaşmanın dərc etdiyi görüntülərdə, yalnız üç suriyalı əsgərin cəsədini görmək mümkündür.
Daha çox oxuyun: Təhrir Əş-Şam terrorçuları İdlibin cənubunda yerləşən Suriya ordusunun mövqelərinə hücum edib + VİDEO
3- Dəraa:
Dekabrın 22-də Suriya ordusuna məxsus avtomobilin Ənxəl şəhərinin cənubunda yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində Suriya əsgərlərindən biri şəhid olub, bir neçəsi isə yaralanıb.
4- Deyr əz-Zor:
– Dekabrın 20-də Suriya Demokratik Qüvvələrindən biri Əl-Şəhil şəhərinin kənarında naməlum silahlı şəxslər tərəfindən yaralanıb.
– Dekabrın 21-də Əl-Bukamal şəhəri ətrafında mina partlaması nəticəsində Suriya ordusunun bir neçə üzvü şəhid olub və yaralanıb.
5- Raqqa:
Dekabrın 21-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn-İsa ətrafını hədəfə alıblar.
6- Həsəkə:
– Dekabrın 21-də Türkiyənin dəstəklədiyi terrorçular Təll-Təmər ətrafında Suriya Demokratik Qüvvələrinin (SDQ) mövqelərini hədəfə alıb.
– Dekabrın 20-də İraq Kürdüstanı Vətənpərvərlər Birliyinin rəhbəri Bafel Talibani və Süleymaniyyədə terrorla mübarizə idarəsinin rəhbəri Vəhhab Hələbçi Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdi ilə Suriyanın Həsəkə vilayətinə səfəri zamanı görüşüb və söhbət edib. ABŞ-ın İraq və Suriyadakı koalisiya qüvvələrinin komandanı Mito Makfarleynin də qatıldığı bu görüşdə Suriyanın şimal-şərq bölgələrindəki son siyasi və hərbi baş verənlər barədə müzakirə edilib.
Daha çox oxuyun: İraq Kürdüstanı Vətənpərvərlər İttifaqının rəhbəri Suriya Demokratik Qüvvələrinin komandanı ilə görüşüb + FOTO
7- Dekabrın 20-də Amerika Birləşmiş Ştatlarının Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) bəyanat yayaraq, üç heliburn əməliyyatı keçirildiyini və Suriyanın şərqində bir cəbhə komandiri də daxil olmaqla, İŞİD terror qruplaşmasının altı üzvünün Amerika qüvvələri tərəfindən həbs edildiyini açıqladı.
8- Dekabrın 23-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində 3 dəfə atəşkəs rejimini pozub, bunlardan 2 hadisə İdlib əyaləti, 1 hadisə isə Həma əyaləti ilə bağlı olub.
Rəy