İraqda bir Amerika əsgəri öldürülüb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi bəyanat yayaraq İraqda bir amerikalı əsgərin öldürüldüyünü açıqlayıb.
Dekabrın 22-də ABŞ Müdafiə Nazirliyi (Pentaqon) amerikalı 3-cü Dəniz Xüsusi Əməliyyat Qüvvələri Batalyonunun üzvü olan “Samuel D. Liçi”nin dekabrın 19-da İraqda qeyri-döyüş hadisəsi zamanı öldürüldüyü barədə məlumat verdi.
Hələlik bununla bağlı əlavə təfərrüatlar dərc olunmayıb, İraq və Amerikanın yüksək rütbəli rəsmiləri də bu məsələyə münasibət bildirməyiblər.
Bu amerikalı əsgərin Ərbilin qərbində yerləşən Qani Qirjale bölgəsində Peşmərgə qüvvələrinə təlim vermək üçün Amerika qüvvələrinin istifadə etdiyi silah anbarının partlaması nəticəsində həlak olması ehtimalı var, lakin amerikalılar bəzi səbəblərə görə bunun qeyri-döyüş hadisəsi zamanı baş verdiyini açıqlayıblar.
Daha çox oxuyun: Ərbildəki hərbi bazada partlayış olub
Qeyd edək ki, bu il noyabrın 7-də naməlum silahlı şəxslər Bağdadın mərkəzindəki Əl-Kərradə ərazisində avtomobilə atəş açmış, nəticədə Amerika vətəndaşı həlak olmuşdur. Hadisədən bir neçə saat sonra bəzi mənbələr bu şəxsin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) olduğunu iddia etmişdir. İraq təhlükəsizlik qüvvələri bununla bağlı araşdırmalara başlayıb, lakin araşdırmanın nəticələri hələlik açıqlanmayıb.
Daha çox oxuyun: Bağdadda Amerika vətəndaşının qətli və kanadalı əsgərin şübhəli ölümü + FOTO
Rəy