Əbul Həsən Əl-Qurəşi dövründə İŞİD coğrafiyasında baş verən dəyişikliklər

Yaser Qəzvini Haeri
Yazar:Yaser Qəzvini Haeri
Bazar 18 Dekabr 2022 - 22:03
https://az.iswnews.com/?p=16627

Hər dəfə yeni xəlifə seçiləndə İŞİD müxtəlif yerlərdə öz ünsürlərinin beyətinə dair ətraflı görüntülər yayımlayır. Bu görüntülər İŞİD-in hansı yerlərdə yerləşməsi haqqında yaxşı məlumatlar verir və həmçinin müxtəlif İŞİD qruplarının yerləşdirildikləri müxtəlif yerlərdə nə qədər təzyiq altında olduğunu və ya nə qədər manevr və hərəkət qabiliyyətinə malik olduqlarını göstərir.

Şübhəsiz ki, hər hansı bir cərəyanı, qrup və ya fərdləri ətraflı araşdırmaq üçün ilk növbədə, nə qədər şübhəli olsa da, həmin cərəyanın, qrupun və ya fərdlərin qoyduğu izlər barədə sənədlər nəzərə alınmalıdır. İŞİD qruplaşması da bundan müstəsna deyil, lakin maraqlıdır ki, bir çox analitiklərin, hətta akademiklərin də bu qruplaşmaya münasibəti fərqlidir və biz bu qrup haqqında çoxlu kitablar və məqalələr yazıldığını görürük, amma bu qruplaşmanın əsərlərinə və sənədlərinə bir dənə də olsun istinad yoxdur.

Baxmayaraq ki, bu qruplaşma çoxlu sənədlər yayımlayıb və yayımlayır, bu sənədlərin bəzilər hətta liderlərinin ölümünə də səbəb olub, lakin hər halda, bu qruplaşmanın media bölməsinin təfərrüatlar və strategiyalarını sədaqətlə təsvir etməsi, analitiklər üçün yaxşı media materialları təqdim edib və edir.

Bildiyimiz kimi, bir müddət əvvəl, İŞİD bu il noyabrın 30-da öz xəlifəsi Əbul Həsən Əl-Qurəşinin öldürüldüyünü elan etdi. Bu arada, bu xəlifənin xilafətinin elanı 2022-ci il martın 10-da və əvvəlki xəlifə Əbu İbrahim Əl-Haşimin vəfatı təsdiqləndikdən sonra baş verdi. Bu o deməkdir ki, Əbul Həsən Əl-Qurəşinin xilafəti doqquz aya yaxın davam etdi.

Hər dəfə yeni xəlifə seçiləndə İŞİD müxtəlif yerlərdə öz ünsürlərinin beyətinə dair ətraflı görüntülər yayımlayır. Bu görüntülər İŞİD-in yerləşdirilmə coğrafiyası haqqında yaxşı məlumatlar ehtiva edir və həmçinin müxtəlif İŞİD qruplarının yerləşdirildikləri müxtəlif yerlərdə nə qədər təzyiq altında olduğunu və ya nə qədər manevr və hərəkət qabiliyyətinə malik olduqlarını göstərir.

9 ay ərzində İŞİD iki dəfə beyət etmə prosesindən keçib və hər iki dəfə də ətraflı görüntülər yayımlayıb. Bu iki mərhələdə yayımlanan beyət görüntülərinin müqayisəsi İŞİD-in olduğu coğrafiyada müəyyən qədər fərqli dəyişikliklərini göstərə bilər. Bu yazıda biz 2022-ci ilin mart və 2022-ci ilin dekabrına aid iki mərhələ görüntüləri müqayisə edərək İŞİD-in nüfuz etdiyi coğrafiyadakı dəyişiklikləri araşdırmaq niyyətindəyik.

Əvvəlcə onu qeyd edək ki, Əbul Həsən Əl-Haşiminin xilafət elanı martın 10-da yayımlandı və martın 11-dən 17-dək növbə ilə İŞİD-in müxtəlif əyalətlərindən beyət görüntüləri paylaşıldı. Əbul Həsən Əl-Haşiminin öldürülməsi və Əbul Hüseyn Əl-Hüseyniyə beyət edilməsi xəbəri noyabrın 30-da, beyətlərin görüntüləri isə dekabrın 1-dən vaxtaşırı olaraq 17-dək yayımlandı. Bu yazının yazıldığı vaxta qədər digər bir beyət görüntüsü yayımlanmadı. Ehtimal olunur ki, vaxt keçdikcə yayımlanan beyət görüntülərinə digər görüntülər artmayacaq. İki mərhələdə yayımlanan beyət görüntüləri müqayisəsinin nəticələri aşağıdakılardır:

1- Əbul Həsən Əl-Qurəşi ilə beyət görüntüləri aşağıdakı bölgələrdən idi:
Suriya, Somali, İraqda: Əl-Ənbar – Cənub bölgələr – Dəclə – Diyalə – Səlahəddin – Kərkük – Neynəva – Bağdadın şimalı, Yəmən, Pakistan, Xorasan, Sinay, Şərqi Asiya, Qərbi Afrikada: Sahil – Faruk bölgəsi – Banki – Sambisa – Karinva – Çad Gölü, Liviya, Hindistan, Mərkəzi Afrika.

Əbul Hüseyn Əl-Hüseyni ilə beyət görüntüləri də aşağıdakı bölgələrdən idi:
Sahil bölgəsinin Adrambokar, Sahil bölgəsində ikinci beyət görüntüsü Üçbucaq məntəqəsi, Burkina Faso və Azvağa aid idi, Somali, İraqdan iki beyət görüntüsü, Pakistan, Tunis, Xorasan, Sina, Şam bölgəsindən iki beyət görüntüsü, Qərbi Afrikada: Sahil – Faruk bölgəsi – Banki – Sambisa – Karinva – Çad Gölü – Mərkəzi Nigeriya, Livan, Mozambikdən iki beyət görüntüsü, Hindistan, Mərkəzi Afrikadan Bini məntəqəsi də daxil olmaqla iki beyət grüntüsü, Yəmən.

2- Əbul Həsən Əl-Qurəşi ilə beyət barədə 24 görüntü və Əbul Hüseyn Əl-Hüseyni ilə beyət barədə 25 görüntü yayımlandı. Lakin Əbul Həsən ilə beyət görüntülərinin təqdim edildiyi müddət, Əbul Hüseyn ilə beyət barədə yayımlanan görüntülərin müddətindən çox qısa idi və bəlkə də sonra yenə yayımlanacaq. Bu, İŞİD-in 9 ay əvvəl olduğundan daha çox təzyiq altında olduğunu və daha çox zəiflikdən əziyyət çəkdiyini əks etdirir.

3- İki dəstə beyət görüntüləri müqayisəsində açıq şəkildə görünə bilən dəyişiklik, Əbul Həsən Əl-Qurəşiyə beyət haqqında görüntülərdə Liviyadan olan görüntülərin olmasıdır, lakin bunlardan Əbul Hüseyn Əl-Hüseyninin beyət görüntülərində heç bir əsər-əlamət yoxdur. Həmçinin, Sina əyalətinin beyətinin görüntüləri də digər vilayətlərə nisbətən ciddi bir gecikmə ilə dekabrın 15-də yayımlandı. Görüntülərin forması da bir çox məsələlərdən xəbər verir. Sina vilayətinin Əbul Həsənə beyət etməsi xəbərini Sina əyalətinin Əbul Hüseynə beyət etməsi ilə müqayisə etsək, görərik ki, bu görüntülərin gec yayımlanması ilə yanaşı, Əbul Hüseynə beyət edənlərin sayı kəskin şəkildə azalıb və bölgənin tanınmaması üçün bütün təbii yerlər blur edilib. Bu, Sina əyalətinin 9 ay əvvəl və Əbul Həsənlə beyət zamanı çəkilmiş şəkillərdə daha çox adamın yer alması və həmin şəkillərdə bölgənin təbii yerlərinin silinməməsi ilə müqayisədə açıq şəkildə görünür. Bu məsələ İŞİD-in Sina əyalətinin bu 9 ay ərzində böyük təzyiq altında olduğunu göstərir.

4- Bu arada, Əbul-Həsənin beyətində görünməyən bir xəbər olan İŞİD-in Livanda Əbul Hüseynlə nisbətən çoxsaylı beyətləri haqqında şəkilli bir xəbərin olması diqqət çəkir.

5- Beyət görüntülərində digər çox mühüm məqam İraqdan yayımlanan görüntülərin azalmasıdır ki, bu da Əbul Həsənlə beyətdə, bölgələrə görə ayrılmış 8 video reportaj idi, lakin Əbul Hüseyn ilə beyətdə bölgələrə bölünməmiş surətdə cəmi iki beyət görüntüsü idi. Bu, İŞİD-in İraqda 9 aylıq prosesdə yəqin ki, daha az manevr və hərəkət qabiliyyəti əldə etdiyini göstərir.

6- Amma digər tərəfdən İŞİD-in Afrikadakı coğrafi inkişafını, görüntülərdən yaxşı başa düşmək olar. Bu arada, Sahil əyalətinin Qərbi Afrika əyalətindən ayrılması Əbul Hüseynə beyət görüntülərində aydın şəkildə başa düşülür. Sahil əyaləti iki beyət görüntrüsü təqdim etdi, bunlardan biri Adrambukar bölgəsindən, ikinci görüntünü isə əhatə edən Liptako tarixi bölgəsində Üçbucaq məntəqəsi və Burkina Faso və Azvağ bölgələrindən, həmçinin Malinin cənub-şərq hissələrindən, Burkina Fasonun şərqinin bəzi hissələrindən, Nigerin cənub-qərbinin bəzi hissələrindən oldu.

7- Amma İŞİD-in Afrikadakı nüfuz dairəsinin genişlənməsi bununla da bitmir. Biz görə bilərik ki, Orta Afrika əyaləti Əbul Həsənə beyətdə yalnız bir beyət görüntüsü təqdim etmiş, lakin Əbul Hüseynə beyətdə isə bir tərəfdən İŞİD-in iki əyalətə bölünməsi, yəni Mozambik əyaləti və Orta Afrika vilayəti məsələsi və həmçinin bu iki bölünmüş vilayətin hər ikisinin iki beyət görüntü yaymasıdır. Bu, İŞİD-in Konqonun şimal şərqin, xüsusilə Bini bölgəsində və Mozambikin şimal-şərqi, xüsusən də Kabodelqado bölgəsində fəaliyyətlərinin artmasını göstərir.

8- Qərbi Afrika əyaləti və ya Nigeriyanın şimal-şərqindəki Çad gölü bölgəsindəki Kanuri bölgəsi və Kamerun, Niger və Çadın bir hissəsi İŞİD-in nüfuzunun ən mühüm bölgələrindən biridir və bu, hər iki mərhələ beyət görüntüsündə görünür. Lakin bu görüntülərdə Əbul Həsənlə beyət xəbərlərinin göstərdiyi şey Əbul Hüseynlə beyəti fərqli edən odur ki, Əbul Hüseynlə beyətdə Nigeriyanın ortalarından bir görüntünün təqdim olunması İŞİD-in Nigeriyadakı fəaliyyətinin 9 ay əvvələ nisbətən inkişaf etdiyini göstərir.

9- Şam əyaləti, İŞİD Əbul Həsənə beyət üçün yalnız bir görüntü təqdim etdi, lakin Əbul Hüseynlə beyət üçün iki görüntü yayımladı və bu onu göstərir ki, İraqda İŞİD-ə qarşı təzyiqlər öz işini görüb və onun oradakı nüfuzunu artırıb. Amma İŞİD-in Suriyadakı nüfuzu az da olsa inkişaf edib.

Hər halda deyilənlər İŞİD-in terror fəaliyyətini həyata keçirdiyi coğrafi ərazilərdə manevr gücünün və dəyişikliklərinin inkişafı və ya məhdudlaşdırılmasının bəzi aspektləridir. Bu beyət görüntüləri, vizual hesabatlara əsaslanır və ola bilsin ki, hər hansı səbəbdən bir müddət sonra, təqdim olunan təhlillərin əksi görünsün. Digər tərəfdən, bu beyət görüntüləri tədqiqatçıya başqa məlumatlar da verə bilər ki, bu da müzakirəni daha uzun və başqa fürsət tələb edir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir