Cənubda etiraz, şimalda müharibə! (Suriyadakı son dəyişikliklərə baxış)
Suveydadakı son etirazlar, Həsəkə həbsxanasındakı iğtişaşlar, Deyr əz-Zor və Homsda terror aktlarının artması müqavimət cəbhəsi üçün ciddi təhlükəsizlik xəbərdarlığı kimi qiymətləndirmək olar.
Suriyanın cənub bölgələrində, xüsusən də Suveyda əyalətində ağır həyat şəraiti Suriyanın təhlükəsizliyini pozmaq üçün təkrarlanan bəhanədir. Bu ay (fevral) ayında Suveydada etirazçılar əllərində plakatlar tutaraq və hökumət əleyhinə şüarlar səsləndirərək Dəməşq-Suveyda magistral yolunu bağlayıblar. Bu məsələdə təkrarlanan və əhəmiyyətli olan etirazların silahlı hərəkatlara çevrilməsidir.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin cəbhə mənbələrinə görə, Suveyda şəhərinin şimalında yerləşən Şahba, Məcadil və sair qəsəbələrdə nümayişlər başlayandan sonra İsrailə bağlı təhlükəsizlik qüvvələri nümayiş və mitinqlərə nəzarəti ələ keçirib. Lakin Hizbullahın araşdırması ilə İsrailə bağlı bir sıra dəstə başçıları Hizbullah təhlükəsizlik qüvvələri tərəfindən həbs olundu.
Digər tərəfdən, Suriya mediasının həmişə olduğu kimi, bu məslələr barədə məlumat verməyiblər və Suriya hökumətinin təhlükəsizlik qüvvələri işə qarışmayıblar. Lakin Hizbullah etirazçıların liderlərindən araşdırma və sorğu-sual apardıqdan sonra Suveyda şəhərində insidentin izlərini Livandakı Mütərəqqi Sosialist Partiyasının dəruzi lideri “Vəlid Cənbəlat”la əlaqələrinin olduğu nəticəsinə çatıb.
Oxşar insidentlərdən biri Dəraa vilayətində də müşahidə olunmuşdur və fevralın 9-da partlayış və bir neçə silahlı sui-qəsd baş vermişdir.
Ümumilikdə Suriyanın cənubundakı hərəkatlar İsrailin göstərişi və “Vəlid Cənbəlat”la bağlı qruplar tərəfindən həyata keçirilən müqavimət cəbhəsinə təhlükəsizlik xəbərdarlığı siqnalını verir. Bu baxımdan, işğal altındakı Fələstin ərazisində Həssan PUA-nın 70 km dərinliyə uçaraq həyata keçirdiyi Hizbullah PUA-nın İsrailə qarşı əməliyyatı və İsrail ordusunun buna qarşı cavab verə bilməməsi; Bu, Suriyanın cənubunda sionistlərin fitnəsinə açıq-aşkar xəbərdarlıq və İsrail tərəfində yaxşı qarşılanan bir mesajd idi.
Deyr əz-Zor əyalətində son bir ayda İŞİD terror qruplaşması tərəfindən yeni mütəşəkkil hərəkatlar həyata keçirilib. Bu sahədə ssenari bir neçə məsələ ilə bağlıdır:
1- Həsəkə şəhəri Ğuveyran məntəqəsi həbsxanasından 200-dən çox sıravi və xüsusi İŞİD üzvünün qaçması. Onların Deyr əz-Zor və Homs səhralarına köçürülmə ehtimalı çox yüksəkdir.
2- Amerika təyyarələrinin Deyr əz-Zor vilayətinin səmasında davamlı kəşfiyyat uçuşları.
3- Suriya hökuməti son aylarda iranlı müşavirlərin məsləhəti ilə Deyr əz-Zor vilayətinin qəbilələri ilə sıx əlaqələr qurub. Bu, şübhəsiz ki, ABŞ-ın və Kürd Demokratik Qruplarının (SDQ) xoşuna gəlmir.
Qeyd olunan məqamlara əsasən, müqavimət qüvvələri kəşfiyyat və əməliyyat bölməsi yaxın günlərdə Suveyda, Dəraa və Deyr əz-Zor əyalətlərində təhlükəsizlik əməliyyatlarına başlayacağı gözlənilir.
Rəy