Taliban və Pakistan ordusu arasında baş vermiş altıncı sərhəd münaqişəsi 24 ölü və yaralı ilə nəticələndi + VİDEO və FOTO

Cümə 16 Dekabr 2022 - 23:16
https://az.iswnews.com/?p=16536

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, toqquşmalar və silahlı insidentlər səbəbiylə Spin Buldak-Çaman nəzarət məntəqəsi yaxınlığında Pakistan ordusu ilə Taliban sərhəd xidməti qüvvələri arasında silahlı qarşıdurmalar nəticəsində bir pakistanlı mülki şəxs öldürülüb, 23 nəfər yaralanıb.

Dekabrın 15-də Taliban və Pakistan sərhəd mühafizəsi qüvvələri arasında baş verən toqquşmalar zamanı Qəndəhar əyalətinin Spin Buldak şəhərində yerləşən Şirab kəndinin sərhədində yerləşən məntəqədə 24 nəfər dinc sakin qətlə yetirilib və yaralanıb. Bu sərhəd münaqişəsində Pakistanın itkiləri Bəlucistan əyalətinin Çaman sərhəd bölgəsində bir nəfər ölü və onbeş yaralıdır. Əfqanıstanın itkiləri isə medialarının bildirdiyinə əsasən, üç uşaq da daxil olmaqla səkkiz nəfərdir.

Pakistan sərhədçiləri “Taliban” silahlılarının Şirab kəndində və Çaman rayonu ilə sərhəddə təhlükəsizlik postu yaratmasına mane olduqdan sonra toqquşma baş verib.

Münaqişəyə cavab olaraq Pakistan Xarici İşlər Nazirliyi, Talibanın İslamabada bu cür münaqişələrə son qoymağı barədə tam təzminat vermədiyi təqdirəcən, Pakistanın Əfqanıstandakı səfiri “Əbidu Ər-Rəhman Nizami”ni yenidən Əfqanıstana göndərməyəcəyini bildirib.

Spin Buldak-Çaman sərhəd keçid məntəqəsində Taliban və Pakistan sərhəd patrulları arasında altıncı silahlı toqquşmadır. Bundan əvvəl dekabrın 11-də iki tərəf sərhəd bölgəsində bir-biri ilə toqquşmuş, hər iki tərəfdən 47 mülki və hərbi şəxs öldürülmüş və yaralanmışdır.

Daha çox oxuyun: Taliban və Pakistan ordusu arasında sərhəddə baş verən toqquşmada 47 nəfər ölüb və yaralanıb + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir