Kabildə çinlilərin hotelinə silahlı hücum olub + FOTO və VİDEO

Bazar ertəsi 12 Dekabr 2022 - 22:22
https://az.iswnews.com/?p=16416

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kabil şəhərinin Şahrno məntəqəsində çinli diplomat və tacirlərin iqamətgahı olan “Logan” hotelinə naməlum silahlı şəxslərin hücumu nəticəsində 21-dən çox adam ölüb və yaralanıb.

Dekabrın 12-də bu gün günorta saat 14:30-da Əfqanıstanın paytaxtı Kabilin Şahrno məntəqəsində çinli diplomatların və tacirlərin iqamətgahı olan “Logan” hotelinə üç naməlum silahlı şəxs daxil olub və hotelin təhlükəsizlik qüvvələri ilə silahlı münaqişədən sonra, özlərini partladıblar.

Taliban rəsmilərinin məlumatına görə, bu qarşıdurmada üç hücumçu öldürülüb, ikisi Çin vətəndaşı olmaqla 18 nəfər yaralanıb. Həmçinin, bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir və bəzi yerli mənbələr də Taliban silahlılarından birinin öldürüldüyünü bildirib. Münaqişənin həcmini və bu hoteldəki partlayışları nəzərə alsaq, bu hücumda ölənlərin sayı Taliban və medianın açıqladığı statistikadan çox ola bilər. Əfqanıstanın yerli mediası ümumiyyətlə Talibanın təzyiqi altındadır və hücumların dəqiq təfərrüatlarını açıqlamaqdan çəkinir.

Həmçinin İŞİD terror qruplaşmasının Kabildəki diplomatik yerlərə qarşı hücumları və fəaliyyətinin keçmişinə nəzər salsaq, bu hücumun da bu qruplaşmanın ünsürləri tərəfindən həyata keçirildiyini ehtimal edə bilərik.

Qeyd edək ki, Çinin Kabildəki səfiri “Vanq Yu” Talibanın siyasi nazirinin müavini “Şir Məhəmməd Abbas Kərimi Stanekzai” ilə görüşüb və Əfqanıstandakı mövcud vəziyyəti müzakirə edib. Bu görüşdə Çin səfiri Əfqanıstandakı Çin səfirliyinin təhlükəsizliyini təmin etmək üçün Talibandan daha çox diqqət tələb edib.

Onlayn xəritədə Longan Hotel-in yerinə baxın

Logan hotelinə hücum və yanğından
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir