İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 12 Dekabr 2022

Bazar ertəsi 12 Dekabr 2022 - 16:58
https://az.iswnews.com/?p=16395

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusu qüvvələrinin Cənin şəhərinə hücumu nəticəsində 1 fələstinli şəhid olub, 3 nəfər isə yaralanıb.

Dekabrın 11-də sionist ordusu Cəninin qərbində yerləşən Bərqin qəsəbəsinə basqın edərək “Tariq” və “Nəbil Əbuşadov” adlı iki fələstinli qardaşı həbs edib.

“Təriq” və “Nəbil Əbuşadov”

Bir neçə saat sonra İsrail rejiminin çoxlu sayda xüsusi təyinatlı qüvvələri Cənin şəhərinin şərqinə basqın edərək “Sair Əbu Əmşə” adlı fələstinli gənci həbs etdikdən sonra Fələstin müqavimət qüvvələri ilə şiddətli silahlı qarşıdurmaya girib.

Cənin şəhərində Fələstin müqavimət qüvvələri ilə İsrailin işğalçı qüvvələri arasında ağır silahlı qarşıdurmalardan

Atışma zamanı “Cəni Məcdi İsam Zəkarinə” adlı 16 yaşlı fələstinli qız İsrail əsgərləri tərəfindən şəhid edilib, 3 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, Fələstin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında silahlı qarşıdurmalar son aylarla müqayisədə xeyli artıb. İsrailin “Yedioth Ahronoth” qəzeti bununla bağlı hesabat dərc etməklə İordan çayının qərb sahilində atışma əməliyyatlarının görünməmiş şəkildə artdığını elan edib və bu ilin əvvəlindən bu yana İordan çayının qərb sahilində 300-ə yaxın atışma baş verdiyini, bu müddət ərzində 31 israillinin atışma nəticəsində öldürüldüyünü bildirib.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Dekabr 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir