YAP rejimi İrandakı lobbisindən istifadə edərək Heydər Əliyev sənədli filminin yayımlanmasının qarşısını almaq üçün Səhər Tv-ə yalvardı! + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının “Səhər Azəri” telekanalı Heydər Əliyev sənədli filmini ikinci dəfə yayımlamaqdan imtina edib. Bu sənədli film dekabrın 11-də bazar günü Bakı vaxtı ilə saat 22:00-da bu şəbəkədə yayımlanmalı idi.
“Azad Arena” verlişi aparıcısı canlı efirdə YAP rejiminin bəzi rəsmilərinin istəyini dilə gətirib:
“Səhər Azəri Heydər Əliyev sənədli filmini göstərmək niyyətində idi; Amma Azərbaycan prezidentinin aparatından, baş nazirin aparatından və bu ölkənin bir sıra Nazirlər Kabinetindən bu sənədli filmin yayımlanmaması barədə zənglər qəbul edib. Həmçinin ölkəmizin (İran) bəzi müdrik və uzaqgörən məmurları Azərbaycan xalqı naminə iki ölkə arasında rabitə körpülərini kəsməməyi tövsiyə etdilər və biz bu tövsiyələri qəbul etdik.
Ancaq məsələ bununla bitmir və Səhər Azərinin YouTube kanalının ana səhifəsi də YouTube tərəfindən bloklanıb. Bu, “Səhər Azəri” peyk kanalından əlavə “Youtube” kanalında “Heydər Əliyev” sənədli filminin yayımlanması niyyətindən sonra baş verib. Amma media hücumlarının artması və (yəqin ki) YAP rejiminin YouTube ilə koordinasiyası Səhər Azərinin YouTube kanalının bağlanmasına səbəb olub.
Qeyd edək ki, “Heydər Əliyev sənədli filmi” sənəd və dəlillər və müsahibələr təqdim etməklə Əliyevlərin və Paşayevlərin pərdəarxası tayfa siyasətindən bəhs edir. Bu sənədli film Azərbaycanın keçmiş prezidenti və Sovet İttifaqı Kommunist Partiyasının icra başçısı Heydər Əliyev ailəsinin etnik və siyasi kökünü göstərir. Heydər Əliyevin atasının erməni siyasi təşkilatlarına üzv olması, Azərbaycan Sovet Respublikasında ermənilərin kütləvi qırğını hadisələri, 1990-cı il 19 və 20 yanvar hadisələri, birinci Qarabağ müharibəsinin başlanması, sui-qəsdlər və fiziki aradan götürmələr, Türkiyə Kürdüstan İşçi Partiyasının (PKK) yaradılması da bu sənəddə müzakirə edilən mövzular arasındadır.
Bu sənədli filmin birinci hissəsindən yayımlanan tizerdə Birinci Qarabağ müharibəsi zamanı Heydər Əliyevin hərbi müşaviri olmuş Sərdar Mənsur Həqiqətpurun söhbəti dərc olunub.
Sərdar Mənsur Həqiqətpur bu söhbətdə deyir: “İlk dəfədir ki, Sepahın Qüds Qüvvələrinin hazırkı komandiri İsmayıl Qaanini cəbhələrdən birinə nəzarət etmək üçün təyin etdiyimi bildirirəm. Mən iki min əfqan mücahidini Azərbaycana gətirdim, onlardan 500-ü şiə idi və buna səbəb Azərbaycan əsgərlərinin müharibə cəbhəsindən qaçması idi. Erməni qüvvələri tankın səsini lentə alaraq yük maşını hərəkətdə olarkən səsgücləndiricilər vasitəsilə yaymışdılar və azərbaycanlılar qorxaraq qaçırdılar. Təyyarə ilə Azərbaycana iki partiya silah daşıdıq. Ermənilərin irəliləməsini dayandırmaq üçün onlara minalar verməyimizi istəyirdilər”.
Həmçinin bu tizerdə Həqiqətpur Əliyevlər ailəsinin siyasi imkanlarını müzakirə edərək deyib: “Hazırkı prezidentin atası Heydər Əliyev bacarıqlı insan və siyasətçi idi, amma oğlu İlham belə deyil. İlham Əliyev birinci Qarabağ müharibəsi zamanı Azərbaycanda olmayıb və Gürcüstanda olub”.
“Heydər Əliyev sənədli filmi” ilə bağlı “Səhər Azəri” kanalında dərc olunan açıqlamalardan da görünür ki, Azərbaycan Respublikasının dövlət məmurları bu sənədli filmin efirə getməməsi və ya Azərbaycan hökumətinin qorxu və narahatlığı üçün hər cür bədəli ödəməyə hazırdır. Azərbaycan Respublikası bu sənədli filmin yayımlanmaması üçün o qədər əzmlidir ki, onun nəşrinə mane olmaq üçün heç bir şeydən çəkinmir.
Bundan əvvəl Rusiya Federasiyasında yaşayan Talış diasporunun rəhbəri İsmayıl Şabanov portalımızla söhbətində bu məsələyə toxunmuşdu. O bildirmişdir ki, “Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmiləri filmi nümayiş etdirmədiklərinə görə hətta rüşvət verməyə də hazırdırlar…”
İsmayıl Şabanov Azərbaycan tərəfinin səylərini bu cür canlandırmışdır:
“Bakı nəinki Tehrandan Heydər Əliyev sənədli filmini Xarici İşlər Nazirliyi səviyyəsində yayımlamamağı xahiş etmir, hətta Bakı rəsmiləri bu sənədli filmin yayımlanmaması üçün külli miqdarda pul ödəməyə hazırdırlar. Bu, onlar üçün çox vacib məsələdir. Davamlı olaraq “Türk- Türk” və “türkçülük” şüarları səsləndirib, pantürkizmi təbliğ edənlərin “kürd” olduqları və bəzi xarici qüvvələrin təsiri altında olanlar məlum olur ki, əslən qeyri-müsəlmandırlar. Müsəlman dövlətləri arasında fitnə, müharibə yaratmaq və İslam ölkələrini parçalamaq niyyətindədilər. Bakı rəsmilərinin Heydər Əliyev sənədli filminin yayımının qarşısını almaqdan narahat olması da bununla bağlıdır. Bununla Bakı rəsmilərinin ideologiyası və pantürkizm yalanı məsələsinin həqiqəti tam aydın olur.
Hazırda bir neçə sual vermək yerinə düşərdi. “Səhər Azəri” kanalının bu sənədli filmin yayımının qarşısını almaq imkanı olan “müdrik və uzaqgörən məmurlar” kimlərdir? Onların Azərbaycan Respublikasının dövlət rəsmiləri ilə nə əlaqələri var?!
Görəsən bu məmurlar iki ölkə arasındakı münasibətlərdən, yoxsa özlərinin kommersiya maraqları və Azərbaycandakı daşınmaz əmlaklarının təhlükə altına düşməyindənmi nigarandır?
YAP rejimi tərəfindən İranın milli təhlükəsizliyinə bu cür təhdidlərə kim dözər?
Bu müdrik və uzaqgörən məmurlar nə vaxta qədər bu siyasəti davam etdirmək istəyirlər?!
Bu şəxslərin rəsmi hökümət orqanlarından qovulmasının, hakim dairələrdə çalışmalarına birdəfəlik qadağa qoyulmasının, cinayət məsuliyyətinə cəlb olunmalarının həqiqətənmi vaxtı çatmayıb?
Əgər dünənə qədər pul, sərvət və pərdəarxası sövdələşmələr gedirdisə, bu gün artıq belə deyil və milli təhlükəsizlik məsələləri gündəmdədir!
Təbii ki, bu siyasətçilər hələ də reaksiyaları minimum səviyyəyə endirməyə və hadisəni teatr şousu kimi idarə etməyə çalışacaq.
Rəy