Sionist rejimin Dəməşqin ətrafına hücumu

Cümə axşamı 24 Fevral 2022 - 14:32
https://az.iswnews.com/?p=1637

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Sionist rejim Dəməşqin kənarındakı hədəflərə hücum edib.

Suriya hərbi mənbəsinin verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 01:10 radələrində İsrail Təbəriyyə gölünün şimalından Dəməşq şəhəri ətrafındakı əraziləri hədəfə alaraq raket zərbələri endirib. Raketlərin qarşısını almaq üçün müdafiə sistemləri işə salınıb və onların əksəriyyətini zərərsizləşdirib. Hücum nəticəsində 3 əsgər şəhid olub.

Qeyd edək ki, Fevralın 23-ü səhər saatlarında İsrail rejimi işğal altındakı Qolan təpələrindən Quneytərə ətrafındakı hədəflərə bir neçə yer-yer tipli raketlər ataraq maddi ziyan vurmuşdur.

Daha çox oxu:
Sionist rejimin Suriyaya raket hücumu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir