İranın Sistan və Bəlucistan əyalətində sünni ruhanilərindən biri şəhid olub

Şənbə 10 Dekabr 2022 - 19:07
https://az.iswnews.com/?p=16324

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin məşhur sünni alimlərindən olan Moləvi Əbdulvahid Rigi naməlum şəxslər tərəfindən oğurlanaraq şəhid edilib.

Sistan və Bəlucistan əyalətinin Təhlükəsizlik Şurasının bəyanatına əsasən, sünni alimlərindən biri və Xaş şəhərindəki İmam Hüseyn (ə) məscidinin imam cüməsi Moləvi Əbdulvahid Rigi dekabrın 8-də günorta saatlarında naməlum şəxslər tərəfindən oğurlanaraq şəhid oldu.
Moləvi Əbdulvahid Rigi Sistan və Bəlucistan əyalətinin məşhur sünni ruhanilərindən biri idi.

Sistan və Bəlucistan əyalətinin prokurorluğunun hesabatına görə, Moləvi Əbdulvahid Rigi məsciddə olduğu zaman arxa qapıdan naməlum şəxslər tərəfindən çağırılaraq dövlət nömrə nişanı olmayan “Peugeot” markalı avtomobillə oğurlanıb. Onun oğurlanmasından xəbər tutandan sonra prokurorluq və polis qüvvələri tərəfindən iş üzrə araşdırmalara başlanılıb və məlum olub ki, naməlum şəxslər Moləvi Əbdulvahid qaçırıldıqdan sonra onu öldürməyə cəhd ediblər.
Moləvi Əbdulvahidin meyiti İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərinin ətraf yollarından birində tapılıb, ona üç güllə atılıb və güllələr baş nahiyəsindən çıxıb.

Hələlik heç bir şəxs və ya qrup bu namərdcəsinə baş vermiş sui-qəsdin məsuliyyətini üzərinə götürməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir