Suriyada baş verən son hadisələr, 7 Dekabr 2022

Çərşənbə 7 Dekabr 2022 - 22:08
https://az.iswnews.com/?p=16308

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Afrinin ətrafında yerləşən Kəfərcanə bölgəsindəki bazası Suriya Demokratik Qüvvələrinin (SDQ) raket hücumu ilə hədəfə alınıb.

1- Hələb:
– Dekabrın 7-də rus əsgərləri Eyn Əl-Ərəb şəhərinin ətrafında patrul xidməti ediblər.
– Dekabrın 6-da Türkiyə ordusunun Afrinin kənarında yerləşən Kəfərcanə bölgəsindəki bazası Suriya Demokratik Qüvvələrinin (SDQ) raket hücumuna məruz qalıb. Hələlik bu hücum nəticəsində itkilərin və dəyən ziyanların dəqiq miqdarı barədə heç bir məlumat dərc olunmayıb.

2- İdlib:
Dekabrın 4-də Suriyanın Təhrir Əş-Şam terrorçularının nəzarətində olan İdlib əyalətində Qurtuluş hökuməti adı altında fəaliyyət göstərən təşkilat bu vilayətin yaşayış məntəqələrinin mərkəzində polis akademiyası yaradıldığını elan edib. İdlibdə qondarma Qurtuluş Hökumətinin Daxili İşlər Nazirliyinin nəzarəti altında və yaşayış məntəqələrində aparılan Polis Kollecinin tikintisi bu vilayətin bəzi sakinlərinin narazılığına səbəb olub.

3- Dəraa:
Dekabrın 6-da Qarfa bölgəsində mina partlaması nəticəsində bir suriyalı uşaq şəhid olub, ikisi isə yaralanıb.

4- Deyr əz-Zor:
– Dekabrın 6-da Amerika koalisiya qüvvələri Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağında yerləşən hərbi bazada təlim keçirib.
– Dekabrın 5-də, bazar ertəsi günü, İŞİD terror qruplaşması Suriya Demokratik Qüvvələrinin (SDQ) Deyr əz-Zorun şimal ətrafındakı Əl-Sivar qəsəbəsində nəzarət-buraxılış məntəqəsinə hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

5- Raqqa:
Dekabrın 5-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistralını və Eyn İsa şəhərinin ətrafını hədəfə alıblar.

6- Həsəkə:
– Dekabrın 5-də Rusiya hərbi nümayəndə heyətini daşıyan Rusiya helikopteri Suriya Demokratik Qüvvələrinin (SDQ) yüksək komandirləri ilə görüşmək üçün Qamışlı hava limanına enib.
– Dekabrın 7-də Amerika koalisiya qüvvələri Remilan ərazisində patrul xidməti edib.

7- Süveyda:
Dekabrın 4-də Süveyda şəhərinin bəzi sakinləri Suriya hakimiyyətinin qərarlarına, dolanışıq problemlərinə, elektrik enerjisinin tez-tez kəsilməsinə, su təchizatına və yanacağın olmamasına etiraz ediblər. Bu etirazın davamında etirazçılar qubernatorun binasına basqın edərək nəzarəti ələ keçirib və zorakı davranışlara əl atıblar.

Daha ətraflı: Suriyanın cənubunda təhlükəsizlik vəziyyəti gərginləşib + VİDEO

8- Dekabrın 5-də Suriya Demokratik Qüvvələri (SDQ) Amerika koalisiyası ilə birgə Türkiyənin hücumlarının artması səbəbindən dayandırdıqları hərbi əməliyyatları Türkiyənin səngiyən hücümlarından sonra əməliyyatları bərpa etdi.

9- Dekabrın 5-də Türkiyə Müdafiə Nazirliyi Fərat Qalxanı və Zeytun Dudağı əməliyyat bölgələrində 5 kürd silahlının öldürüldüyünü açıqladı.

10- Dekabrın 7-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan edib: Terrorçular İdlib bölgəsində atəşkəsi 2 dəfə pozub, bunlardan 1-i İdlib vilayəti, 1-i isə Latakiya vilayəti ilə bağlı olub.

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir