Beyrutun cənub ətrafında üç kamikadze əməliyyatı zərərsizləşdirilib
Livanın daxili işlər naziri bəyan edib ki, Livan təhlükəsizlik qüvvələri təkfirçi qrupların Livanda həyata keçirmək istədikləri üç əməliyyatın qarşısını almağa müvəffəq olublar.
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi Əl-Aləmə istinadən xəbər verir ki, Livanın daxili işlər naziri Bəssam əl-Mövləvi bu gün günorta (çərşənbə günü) keçirdiyi mətbuat konfransında Livan ərazisində üç kamikadze partlayışının qarşısı alındığını açıqlayıb.
Livanın daxili işlər naziri bildirib ki, Livan təhlükəsizlik qüvvələri partlayıcı maddələrlə təchiz olunmuş kəmərlərdən istifadə edərək, bir neçə livanlı gənci kamikadze əməliyyatları həyata keçirmək üçün cəlb edən terrorçu-təkfirçi qruplaşmanı yaxalaya biliblər.
Livanın Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahında çıxış edən Bəssam əl-Mövləvi Livan təhlükəsizlik qüvvələrini əməliyyatın “qəhrəmanları” adlandırıb və eyni zamanda onları son bir neçə ayda əldə etdikləri bir sıra nailiyyətlərə, o cümlədən narkotik vasitələrin müsadirə edilməsi, casus şəbəkəsinin məhvi və Sionist və təkfirçi şəbəkə üzvlərinin həbsinə görə alqışlayaraq təbrik edib.
Mətbuat konfransında təqdim edilən xəbərə görə, təkfirçi qrup Beyrut şəhərinin cənub ətrafında üç bölgədə, yəni Əl-Kazım Kompleksi, Əl-Leylaki Kompleksi və Əl-Nasir Əl-Avzai Hüseyniyyəsində kamikadze əməliyyatları keçirməyi planlaşdırıbmış. Livanın daxili işlər naziri mətbuat konfransında onu da xatırladıb ki, məhbusların Fələstin vətəndaşlığı olduğu müəyyən edilib.
Bu hesabat Livan təhlükəsizlik qüvvələrinin bu yaxınlarda ölkədə bir qrup İsrail casusunu həbs edə bildiyi bir vaxtda yayılıb. Livan mediası bu yaxınlarda həmin qrupdan olan bir casusdan Livan Hizbullah hərəkatını Beyrut partlayışı da daxil olmaqla bir neçə işin əsas günahkarı olmaqda günahlandırması istəndiyini bildirdi.
Rəy