Suriyanın cənubunda təhlükəsizlik vəziyyəti gərginləşib + VİDEO

Bazar ertəsi 5 Dekabr 2022 - 12:39
https://az.iswnews.com/?p=16174

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Süveyda şəhərində etirazçılarla Suriya təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurma nəticəsində Suriya əsgərlərindən biri şəhid olub, bir nəfər isə yaralanıb.

Dekabrın 4-də Süveyda şəhərinin bəzi sakinləri Suriya hakimiyyətinin qərarlarına, dolanışıq problemlərinə, elektrik enerjisinin tez-tez kəsilməsinə, su təchizatına və yanacaq çatışmazlığına etiraz edərək, təkərlər yandıraraq bu şəhərin bir neçə prospektini bağlayıblar.

Bu etirazın davamında etirazçılar İcra Hakimiyyətinin binasına basqın edərək nəzarəti ələ keçirib və zorakı və kobud davranışlara əl atıblar. Təhlükəsizlik qüvvələrinin gəlişindən sonra etirazçılar Süveyda İcra Hakimiyyətinin binasını tərk etmək məcburiyyətində qalıblar, lakin etirazçılarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma Süveyda prospektlərində, o cümlədən şəhərin mərkəzindəki polis qərargahı ətrafında davam edib. Qarşıdurma bir neçə saatdan sonra Suriya təhlükəsizlik qüvvələrinin Süveyda prospektlərində ciddi iştirakı ilə başa çatıb.

Bəzi Süveyda sakinlərinin İcra Hakimiyyətinin qarşısında toplaşdığı video
Süveyda şəhərində etirazçıların zorakı davranışlarının videosu

Suriya hökumətinin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bu toqquşmalar zamanı Suriya təhlükəsizlik qüvvələrindən biri şəhid olub, digəri isə yaralanıb. Həmçinin, yayımlanan videolarda bu toqquşmalar nəticəsində bəzi mülki şəxslərin yaralandığı da göstərilir.

Qeyd etmək yerinə düşər ki, Süveydanın şimalında Şahba, Məcadil və … etiraz nümayişlərin başlamasından sonra İsrailə aid ünsürlər etirazların istiqamətini və idarəçiliyini öz üzərinə götürdülər, lakin Hizbullahın apardığı müşahidələrlə İsrailə bağlı çox sayda qrup Hizbullah təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındı.

Bu onu göstərir ki, Suriyanın cənubundakı iğtişaşlar sionist kəşfiyyat xidmətinin maraqlı mövzularından biridir və media hücümları və silahlı qarşıdurmaların yaranması nəzərə alınarsa, son vaxtlar Suveyda əyalətində çətin həyat şəraiti bəhanəsi ilə təşkil edilən etiraz nümayişlərinin keçirilməsi də Mossad tərəfindən idarə olunması mümkündür.

Vəziyyət belə davam edərsə, Suriya hakimiyyəti tərəfindən iğtişaşların lazımi səviyyədə idarə olunmaması, casus xidmətlərinin ölkəyə daxil olması, etirazları idarə etməsi və xalqın tələblərindən sui-istifadə etməsi Suriyanın cənubu yenidən geniş yayılmış təhlükəsizlik və münaqişələrin şahidi ola bilər.

Daha çox oxuyun: Məqalə: Suveyda əyalətində artan iğtişaşların səbəbləri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir