İraqda baş verən son hadisələr, 29 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Həşd-Şəəbi” təşkilatının 30-cu Briqadasının qüvvələri və kəşfiyyat bölməsi İŞİD terror qruplaşmasının ünsürlərindən birini Əl-Ənbar vilayətində həbs edib.
1- Bağdad:
– Noyabrın 25-də İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani dünya çempionatında İran nümayəndələrinin Uels üzərində qələbəsi münasibətilə təbriklərini tvitter hesabında yazıb.
– Noyabrın 20-də İranın Bağdaddakı səfiri Mohammad Kazem Aali-Sadeq çıxışında İraq tərəfindən sərhədlərinə nəzarət etməyi və kürd silahlı qruplarını tərksilah etməyi tələb edib.
2- Kərkük:
Noyabrın 21-də İraq təhlükəsizlik rəsmiləri ölkə ordusunun Kərkük vilayətində İŞİD terrorçularının 4 sığınacağının məhv edildiyini açıqlayıb.
3- Səlahəddin:
Noyabrın 22-də İraq Müdafiə Nazirliyinin açıqlamasına əsasən, İraq Hərbi Hava Qüvvələrinə məxsus hərbi helikopter texniki nasazlıq səbəbindən Samarradakı Cəlsiyə bazası yaxınlığında qəzaya uğrayıb. Bu hadisədən sonra Hərbi Hava Qüvvələrinin iki zabiti yaralanaraq xəstəxanaya aparılıb.
4- Əl-Ənbar:
Noyabrın 27-də “Həşd-Şəəbi” Təşkilatının 30-cu Briqadasının qüvvələri və Kəşfiyyat bölməsi Əl-Ənbar vilayətində İŞİD terror qruplaşmasının üzvlərindən birini həbs edib.
5- Noyabrın 23-də İraqın Baş naziri Məhəmməd Şəyya Əl-Sudani Küveytə səfəri zamanı Küveytin Vəliəhdi Məşəəl Əl-Əhməd Əl-Cabir Əl-Səbah ilə görüşüb və söhbət edib.
6- Noyabrın 23-də İraqın Milli Təhlükəsizlik Şurası bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin sədrliyi ilə keçirilən iclasda İran və Türkiyənin İraqın şimal bölgələrinə etdiyi son hücumları araşdırıb və İraq qüvvələrinin Kürdüstan bölgəsinin İran və Türkiyə sərhədlərinə yerləşdirilməsi ilə bağlı dörd bəndlik qərar qəbul edib.
Daha ətraflı: İraq Milli Təhlükəsizliyi Şurası İran və Türkiyənin Kürdüstan bölgəsi ilə sərhədləri üçün qərarlar qəbul edib + FOTO
7- İraq Milli Təhlükəsizlik Müşavirinin verdiyi açıqlamaya görə, Türkiyə və İranın hücumları ilə məşğul olmaq üçün İraq hökuməti ilə Kürdüstan bölgəsi arasında ortaq bir komitə yaradılacaq.
8- Noyabrın 24-də İraq Cinayət Məhkəməsi təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda və elektrik dirəklərinin partladılmasında iştirak edən İŞİD terrorçusuna ölüm hökmü çıxarıb.
9- Noyabrın 25-də Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 3 əsgərinin həlak olduğunu etiraf edib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu üç əsgər İraqın şimalında kürd silahlı birləşmələri ilə qarşıdurma zamanı həlak olub.
Daha ətraflı: İraqın şimalında 3 türk əsgəri həlak olub + FOTO
10- Noyabrın 26-da Türkiyə Müdafiə Nazirliyi İraqın şimal bölgələrində keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı 4 əsgərinin həlak olduğunu etiraf edib. Türkiyə ordusu ilə PKK silahlıları arasında baş verən qarşıdurma zamanı 3 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Daha bir əsgər də ildırım vurması nəticəsində həlak olub.
Daha ətraflı: İraqın şimalında 4 türk əsgəri həlak olub + FOTO
11- Noyabrın 27-də Amerika koalisiyasına məxsus bir neçə yük maşını İraq Kürdüstanı sərhədindən və qeyri-qanuni Əl-Vəlid keçidindən Suriyanın Həsəkə əyalətindəki Amerika bazalarına daxil olub.
12- Noyabrın 27-də İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ-ın keçmiş prezidenti Donald Trampın regionda gərginlik yaradan siyasətini tənqid edərək, Bağdadın Tehran və Ər-Riyad arasında danışıqların bərpasına kömək etməyə hazır olduğunu vurğulayıb.
13- Noyabrın 28-də türk əsgərlərindən birinin ölüm xəbəri yayıldı. Türkiyə mətbuatı xəbər verir ki, bu əsgər İraqın şimalında kürd silahlıları ilə toqquşma zamanı yaralanıb və aldığı xəsarətlər ağır olduğundan tibb mərkəzinə aparıldıqdan sonra dünyasını dəyişib.
Rəy