Orta Asiyada baş verən son hadisələr, 28 Noyabr 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban silahlıları ilə Daykündi əyalətinin mərkəzində yerləşən Seyuk kəndinin sakinləri arasında baş verən qarşıdurma nəticəsində üçü uşaq və biri Taliban üzvü olmaqla 10 nəfər həlak olub, daha 9 nəfər yaralanıb və həbs olunub.
Əfqanıstan:
1- Pəncşir:
Noyabrın 25-də Şətəl rayonunun Sanqi Xan kəndində Qəndəhardan olan Taliban silahlıları arasında baş vermiş daxili qarşıdurma nəticəsində 8 taliban silahlısı öldürülüb və yaralanıb.
2- Təxar:
– Noyabrın 22-də Əhməd Məsud qüvvələrinin Fərxar rayonunda yerləşən Çəmən Xosde kəndində Taliban silahlılarının bazasına hücumu nəticəsində Taliban silahlılarından biri öldürülüb, üç nəfər yaralanıb.
– Noyabrın 22-də Daşt Qala rayonunda Taliban silahlılarının rayon məhkəməsi qarşısında bombanın partlaması nəticəsində 3 taliban silahlısı öldürülüb və yaralanıb.
– Noyabrın 23-də Əhməd Məsud qüvvələrinin Taliqan rayonunun birinci məhəlləsində yerləşən Hac Zərif kəsişməsində Taliban silahlılarına qarşı pusqusundan sonra Taliqan rayonunun cinayət qisminin direktoru Qari Məhfuzullah da daxil olmaqla üç Taliban silahlısı öldürülüb.
3- Daykündi:
– Noyabrın 25-də Nili şəhərinin şərqində yerləşən Seyuk kəndinin iki sakininin evlərinə Taliban silahlılarının hücumu zamanı üçü uşaq olmaqla 9 mülki şəxs həlak olub, üç mülki şəxs yaralanıb, daha 6 nəfər həbs edilib. Həmçinin, bir Taliban silahlısı öldürülüb, ikisi isə yaralanıb.
Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Zabihullah Mücahidin sözlərinə görə, bu adamlar özbaşına və silahlı olublar. Talibanın yerli hakimiyyət orqanları onlara iki dəfə silahlarını yerli ağsaqqallar vasitəsilə təhvil vermələri barədə xəbərdarlıq etsə də, bundan imtina ediblər və nəhayət, Talibanla qarşıdurma yaşayıblar. İddianı rədd edən yerli mənbələr bu şəxslərin bir torpaq sahəsinə sahiblik mübahisəsi zəminində silahlandığını bildiriblər. Həmçinin bildirilir ki, Taliban bu hərəkəti Nili şəhərində anti-Taliban qruplaşmalarının mərkəzinin formalaşmasının qarşısını almaq üçün edib və bu vəhşicəsinə taliban əsilli puştun əhalini qətlə yetirib. Daykündinin yerli komandirlərindən və Kərim Xəlilinin sədrlik etdiyi İslam Birliyi Partiyasının keçmiş üzvü olan general Məhəmməd Əli Sədaqətin bu qarşıdurmanın yaranmasında əli olduğu bildirilir. Lakin o, bu iddianı təkzib edib.
– Noyabrın 26-da Birləşmiş Millətlər Təşkilatının Uşaqlardan Himayə Fondu Taliban silahlılarının Seyuk kəndinə hücumunu və bu vəhşi hücumda uşaqların öldürülməsini qınayıb.
4- Kabil:
– Noyabrın 21-də Taliban Dövlət Təhlükəsizliyi Xidməti “Ət-Təhrir” və “Cəmiyyəte Eslah” partiyalarının və “Nəcm” təşkilatının Xəvaric qruplaşmasına (İŞİD) rəğbət bəslədikləri üçün onların fəaliyyətini dayandırıbb.
– Noyabrın 25-də Taliban Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Əfqanıstanın əvvəlki hökumətində Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdullanın mühafizəçilərindən birini Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edərək həbs ediblər.
– Noyabrın 27-də Taliban Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Kabildə terror aktları törətməyə cəhd ittihamı ilə 4 nəfəri həbs edib.
5- Nəngərhar:
Noyabrın 22-də Spin Qar rayonunda yerləşən Kuştal kəndində naməlum silahlı şəxslər (ehtimal ki, Taliban Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları) Moləvi Qolboddin adlı sələfi din alimini qətlə yetiriblər. Moləvi Qolboddin əvvəlki hökumət dövründə İŞİD-lə əməkdaşlıq ittihamı ilə həbs və Taliban hakimiyyəti ələ keçirdikdən sonra həbsdən azad edilmişdir.
6- Qəndəhar:
Noyabrın 22-də Əfqanıstan Azadlıq Cəbhəsinin qüvvələri Qəndəhar şəhərinin 11-ci rayonunda yerləşən Aynu Mina qəsəbəsində Talibanın iki cəbhə komandiri Moləvi Hafiz və Qari Xəlilin öldürüldüyünü iddia edib.
7- Künər:
– Noyabrın 22-də Əsədabad şəhərində Taliban silahlılarının daxili qarşıdurması nəticəsində Künər vilayətində Talibanın əkinçilik və heyvandarlıq şöbəsinin rəisi Moləvi Ezzətullah Hidayət öldürülüb.
– Noyabrın 26-da Manoqi rayonunda yerləşən Tare kəndində bombanın partlaması nəticəsində üçü uşaq olmaqla dörd mülki şəxs həlak olub.
8- Herat:
Noyabrın 24-də naməlum silahlı şəxslərin (ehtimal ki, İŞİD) İncil rayonunda yerləşən Çaharbağ Firuzə ərazisində Taliban məntəqəsinə hücumu nəticəsində 7 taliban silahlısı öldürülüb və yaralanıb.
9- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında Rusiya prezidenti Vladimir Putin: Əfqanıstanda bütün etnik qruplardan ibarət inklüziv hökumətin formalaşdırılması Rusiya və region ölkələri üçün prioritet məsələdir. Əfqanıstandakı silahlı terror təşkilatlarının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin ərazisinə daxil olması riski hələ də yüksəkdir.
Tacikistan:
1- Noyabrın 23-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Bu görüşdə tərəflər təhlükəsizlik sahəsində əməkdaşlıq, terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla, kiber və milli təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizəni müzakirə ediblər.
2- Noyabrın 26-da Tacikistan hökuməti ilə Əfqanıstan Milli Cəbhəsi (Əhməd Məsud qüvvələri) arasında əməkdaşlıq müqaviləsinin görüntüsü yayımlanıb. Tərəflərdən heç biri bu müqavilənin şərtlərini rəsmən təsdiqləməyib və bu xəbər böyük ehtimalla doğru deyil.
– Noyabrın 26-da ABŞ ordusunun humanitar yardım aparan “C17” nəqliyyat təyyarəsi Düşənbəyə çatıb. Bu yardımlar Qırğızıstan-Tacikistan sərhədindəki son münaqişələrdə zərər çəkmiş Sogd və İsfərə məntəqələrində sakinlərinə paylanacaq.
Pakistan:
1- Hayber-Paxtunxva:
– Noyabrın 22-də Təhrik-i-Taliban Pakistan (TTP) media mənbələri qrupun Pakistan ordusuna qarşı son əməliyyatları haqqında 13 dəqiqəlik sənədli film yayımlayıb. Bu filmdə Cənubi Vəziristanda yerləşən Şaktoi Jante, Kohatda yerləşən Sade Seprakt, Cənubi Vəziristanda yerləşən Di Ai Xan, Vana Rağzi Tehane, Pişavərdə yerləşən Rikki Tehane, Dera İsmayıl Xan, Cəmrod kimi müxtəlif ərazilərdə müxtəlif raket əməliyyatları, pusqular, snayper atəşləri və Pakistan ordusu qüvvələrinin Təhrik-i-Taliban Pakistan (TTP) üzvləri tərəfindən tutulması yayımlanıb. Qeyd edək ki, bu filmin puştu versiyası farsca, urdu versiyası isə ingiliscə subtitrlərlə təqdim olunub.
– Noyabrın 22-də Şimali Vəziristan bölgəsində yerləşən Malaxil kəndində Pakistan ordusunun karvanına Təhrik-i-Taliban Pakistan (TTP) silahlılarının hücumu nəticəsində hərbi maşın məhv edilib, on pakistanlı əsgər ölüb və yaralanıb.
– Noyabrın 24-də Şimali Vəziristanın Dosli Tehsil və Kakaxil kəndlərində Təhrik-i-Taliban Pakistan (TTP) silahlılarının Pakistan əsgərlərinə iki ayrı hücumu nəticəsində iki pakistanlı əsgər həlak olub.
– Noyabrın 24-də Cənubi Vəziristan səmtində yerləşən Anqvar Ade bölgəsindəki Pənc Qineh kənd məscidində bombanın partlaması nəticəsində bir uşaq ölüb, bir mülki şəxs yaralanıb.
– Noyabrın 26-da Şimali Vəziristanın Mir Əli bölgəsində pakistanlı əsgərləri daşıyan avtomobilin yolunda bombanın partlaması nəticəsində bir pakistanlı əsgər həlak olub, bir əsgər isə yaralanıb.
– Noyabrın 26-da Şimali Vəziristanın Zinzərgah kəndində Pakistan ordusunun postuna Təhrik-i-Taliban Pakistan (TTP) silahlılarının hücumu nəticəsində iki pakistanlı əsgər həlak olub, daha bir əsgər isə yaralanıb.
2- Noyabrın 23-də Pakistanın keçmiş Baş Naziri və Təhrik-i-İnsaf partiyasının rəhbəri İmran Xan son mitinq çağırışını elan etdi və tərəfdarlarından noyabrın 26-da Ravalpindiyə toplaşmalarını istədi. (Daha ətraflı)
3- Noyabrın 23-də Pakistan Maliyyə Nazirliyi ölkə ordusunun komandanı general Cavid Qəmər Bajvanın ailəsinin vergi məlumatlarının qeyri-qanuni və icazəsiz dərc edilməsi ilə bağlı araşdırmaya başlayıb. General Bajvanın ailəsinin mənimsənilməsi və vergidən yayınması ilə bağlı məlumatı bu yaxınlarda Amerikada yaşayan jurnalist Əhməd Nurani dərc edib.
4- Noyabrın 26-da Pakistanın baş naziri Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Şahbaz Şərifin Ankaraya səfəri zamanı müxtəlif sektorlarda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq hadisələrin nəzərdən keçirilməsi, Türkiyənin işgüzar dairələri ilə görüşmək planları sırasındadır. Pakistanın baş naziri İstanbul Gəmiqayırma Zavodunda Türkiyənin iştirakı ilə inşa edilən “MİLGE” adlı xorvat tipli dördüncü Pakistan hərbi gəmisinin açılış mərasimində də iştirak edəcək.
Rəy