İran dronlarının qalıqları Azərbaycana gətirilib

Bazar 27 Noyabr 2022 - 20:09
https://az.iswnews.com/?p=15971

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukraynadan Azərbaycana İranın Şahid-136 dronlarının qalıqları gətirilib.

Bundan gələcəkdə sionistlərin anti-İran təbliğat layihələri çərçivəsində istifadə oluna bilər. Beləki guya İran İslam Respublikası Ermənistana Şahid ailəsindən olan dronlar satıb və Ermənistanda Azərbaycana qarşı ondan istifadə edəcək və qalıqları Azərbaycan Ordusu tərəfindən “ələ keçiriləcək”. Hətta Azərbaycan hakimiyyəti bu dronların birbaşa İrandan gəldiyini də iddia edə bilər.

Erməni saytları da bu ehtimalı mümkünsüz

Hər halda, Azəryacanın bu hərəkətinin məqsədi nə olursa olsun, NATO və sionistlərin anti-İran planlarının həyata keçirilməsinə daha uyğun görsənir.

Bununla əlaqədar olaraq sitat kimi Amerikalı hərbi ekspertin dediklərini gətirmək olar. Onun fikrincə, geostrateji baxımdan Ermənistanın İran dronlarını alması məntiqlidir.

Samuel Brend deyir: Şahid-136 kimi İran dronları Azərbaycan və hətta Türkiyənin özü üçün potensial olaraq problemə çevrilə biləcək hərbi potensiala nisbətən ucuz və yüksək effektiv investisiyadır.

Yada Forbes siyasi analitika mərkəzinin yazıçısı Pol İdonnun sözlərini də stat kimi əlavə etmək olar. O yazır: İran dronlarının İrəvana hər hansı məqsədlə daşınması və ya Ermənistanda Tacikistandakı kimi dron fabrikinin yaradılması Cənubi Qafqazda silahlanma rəqabətinə təkan verə bilər. Biz qəbul etməliyik ki, bu bölgədəki bütün ölkələr idxal edilmiş və yerli pilotsuz texnologiyalarla təchiz olunub. Bu baxımdan Ermənistanın İran pilotsuz təyyarələrini alması bu ölkənin müdafiə qüdrətini gücləndirə bilər. Çünki Şahid dronu yüzlərlə kilometr məsafədəki hədəfləri vurmağa qadirdir.

Bir sözlə Qərb Azərbaycan xalqının düşüncəsində İrandan düşmən obrazı yaratmağa çalışır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir