Hacı Tale Bağırzadə aclıq aksiyasına başlayıb + FOTO

Bazar 27 Noyabr 2022 - 16:52
https://az.iswnews.com/?p=15967

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Operativtv.com-a istinadən xəbər verir ki, siyasi məhbus Tale Bağırzadə ciddi təzyiqlər altında olduğuna görə 26 noyabr tarixindən aclıq aksiyasına başlayıb.

T. Bağırzadənin özünün etdiyi telefon zəngində açıqladığı bildirilir.

İlahiyyatçı, Dövlət Təhlükəsizliyi Xidmətinin davamlı təzyiq addımlarını, gəldiyi 12 saylı cəzaçəkmə müəssisəsində də davam etdiyini bildirərək onu təxribata çəkmək istədiklərini deyib.

Noyabrın 26-da T. Bağırzadə 7 il cəza çəkdiyi Qobustan qapalı həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. İlahiyyatçı müəssisəyə gələn andan ona qarşı təxribatın yaşandığını söyləyib. Müəssisənin rəis müavini Babək İsgəndərov Bağırzadəyə zatən qısa müddətə yenidən Qobustana qaytarılacağını deyib. Ardınca alçaldıcı söyüşlər söyən müavin ilahiyyatçını psixoloji təzyiq altına almağa çalışıb.

Tale Bağırzadə DTX-nın hərəkat üzvülərinə qarşı davam edən təzyiqin tərkib hissəsi olan ona qarşı addımlara etiraz olaraq iki gündür ki, aclıq aksiyasına başlayıb. Təzyiqlərə son verməyəcəkləri halda o aclıq aksiyasını “ölüm aksiyası” olaraq dayandırmayacağını və bununla da DTX-nın iyrənc əməllərini öz canı bahasına ifşa edəcəyini söyləyib.

Müsəlman Bİrliyi Hərəkatının yayımladığı elan
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir