Şahbaz Şərif Pakistan Ordusunun yeni Baş Qərargah rəisi vəzifəsinə general Asim Müniri seçib + FOTO

Şənbə 26 Noyabr 2022 - 21:59
https://az.iswnews.com/?p=15925

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistanın baş naziri Şahbaz Şərif rəsmi şəxslər və hökumətyönlü partiyaların rəhbərləri ilə məsləhətləşdikdən sonra general Asim Münir Əhmədi Pakistan Ordusunun yeni Baş Qərargah rəisi vəzifəsinə seçib.

General Qəmər Cavid Bəcvanın Pakistan Ordusunun Qərargahındakı səlahiyyət müddəti başa çatdıqdan sonra bu hərbi qurumun Baş Komandanlıq Mərkəzi son bir neçə gündə məsləhət bildiyi namizədlərin siyahısını baş nazir Şahbaz Şərifin ofisinə göndərib.

Ordunun Ali Baş Komandan vəzifəsinə təklif etdiyi siyahıya ordunun yüksək rütbəli komandirləri, o cümlədən general Asim Münir Əhməd, general Sahir Şəmşad, general Əzhər Abbas, general Nooman Mahmud, general Məhəmməd Amer və Pakistan ordusunun Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Feyz Həmid daxil idi. Şahbaz Şərif hökumət kabinetinin rəsmiləri və onu dəstəkləyən partiyaların rəhbərləri ilə görüş və söhbət etdikdən sonra ordunun yüksək rütbəli komandirlərindən biri və Dövlət Təhlükəsizliyi Xidmətinin (ISI) keçmiş rəhbəri general Asim Münir Əhmədi seçdiyini bildirib. Hökumət kabineti 24 noyabrda rəsmi iclas keçirdikdən sonra, onu, ordu komandanı vəzifəsinə seçib.

Pakistan Ordusu Baş Komandanlığı vəzifəsinə bu ölkənin baş naziri Şahbaz Şərifə təklif edilən siyahının şəkilləri

Qeyd edək ki, bu təyinat uzdə belə olsa gərək Pakistan prezidenti Arif Ələvi tərəfindən təsdiq olunmalı və təyin olunmalıdır. Bununla bağlı İmran Xan prezidentin bu məsələni araşdırdıqdan sonra konstitusiyaya uyğun olaraq öz fikrini açıqlayacağını bildirib.

Görünən odur ki, general Münirin ordu komandiri vəzifəsinə təyin olunmasının təsdiqi ilə İmran Xan və Təhrik-i-İnsaf partiyası üçün növbəti siyasi məğlubiyyət əldə olunacaq; Çünki Asim Münir onların müxaliflərindən biridir. Həmçinin, bu təklifin rədd edilməsi Şərif hökuməti ilə İmran Xanın rəhbərlik etdiyi Təhrik-i-İnsaf partiyası arasında daha dərin siyasi fikir ayrılıqlarına səbəb olacaq.

“Ordu Baş Qərargah rəisi” vəzifəsi Pakistan ordusunda ən yüksək vəzifədir və baş nazir tərəfindən üç illik müddətə təyin edilir. Pakistan konstitusiyasına görə, bu seçimi prezident təsdiq etməli və təyin etməlidir. General Qəmər Cavid Bəcva, Pakistan Ordusunun 10-cu Baş Qərargah rəisi olaraq, 29 noyabr 2016-cı ildən bu yana iki dövrə müddəti əsasında bu vəzifəni icra edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir