İraq Milli Təhlükəsizliyi Şurası İran və Türkiyənin Kürdüstan bölgəsi ilə sərhədləri üçün qərarlar qəbul edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Milli Təhlükəsizliyi Şurası İraq qüvvələrinin Kürdüstan bölgəsinin İran və Türkiyə ilə sərhədlərinə yerləşdirilməsi üçün dörd yeni qərar qəbul edib.
Noyabrın 23-də İraqın Milli Təhlükəsizliyi Şurası bu ölkənin baş naziri Məhəmməd Şəyya Əl-Sudaninin sədrliyi ilə keçirilən iclasda İran və Türkiyənin İraqın şimal bölgələrinə son hücumlarını müzakirə edib.
İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul Abdullahın verdiyi məlumata görə, İraqın Milli Təhlükəsizliyi Şurası İran və Türkiyənin İraqın Kürdüstan bölgəsinə son hücumları ilə bağlı dörd yeni qərar qəbul edib. Qərarlar belədir:
1- İran və Türkiyə ilə sərhəd sıfır xəttini saxlamaq üçün İraq sərhəd mühafizə qüvvələrinin yenidən yerləşdirilməsi planının icrası.
2- Sərhəd qoşunlarının komandanlığının maddi-texniki təminatı və canlı qüvvə gücləndirilməsi üçün lazım olan bütün zəruri ləvazimatlarla təmin edilməsi, qüvvələr tərəfindən tapşırıqların yerinə yetirilməsi üçün lazımi təchizat və avadanlıqla yanaşı onların təminatı.
3- Sərhəd keçid məntəqələrinin və qərargahların gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinin canlı qüvvəlır ilə hərəkətə keçməsi.
4- İraqın sərhədlərini qorumaq naminə milli tədbirləri birləşdirməklə birinci və ikinci bəndləri həyata keçirmək üçün İraqın Kürdüstan bölgəsi hökuməti və Peşmərgə Nazirliyi ilə koordinasiya.
Xatırladaq ki, İranın İraq və Kürdüstan regionu hökumətinə terrorçu qrupları tərksilah etmək və onları bölgədən çıxarmaq üçün çoxsaylı xəbərdarlıqlarından sonra İraq hökumətinin və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlara biganəliyini görən İran silahlı qüvvələri, bu ilin sentyabr ayının sonlarından İraqın Kürdüstan bölgəsində yerləşən terrorçu qruplaşmaların mövqelərinə qarşı dörd mərhələdə əməliyyatlar həyata keçirib. Nəticədə bir neçə terrorçu öldürülüb və yaralanıb.
Həmçinin noyabrın ortalarında Türkiyə ordusu İstanbulun mərkəzindəki İstiqlal prospektində baş verən partlayışa reaksiya vermək bəhanəsi ilə İraqın şimal bölgələrindəki hədəfləri hədəfə alıb.
İraqın Kürdüstan bölgəsinə edilən son hücumlar diplomatik məsləhətləşmələrlə yanaşı, İraq Milli Təhlükəsizliyi Şurasını həmin bölgə sərhədləri ilə bağlı qərarlar qəbul etməyə məcbur edib.
Daha çox oxuyun:
İraq Kürdüstanında terrorçu qruplaşmalar İranın raket və dron hücumları altında! + VİDEO
SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO
Rəy