Hələbin şimalında Əl-Cəbhət əl-Şamiyyə cəbhə komandirinin hədəfli şəkildə terroru
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hələbin şimalında, Əl-Cəbhət əl-Şamiyyə terrorçu qruplaşmanın cəbhə komandiri Hələbin Əzaz şəhərində bomba yüklü avtomobilin partladılması nəticəsində həlak olub.
Bu gün fevralın 22-də Türkiyənin dəstəklədiyi terrorçu qruplaşma Əl-Cəbhət əl-Şamiyyənin cəbhə komandiri Əzaz şəhərində evinin qarşısında minalanmış avtomobilin partlaması nəticəsində həlak olub. Bu hadisə ilə eyni vaxtda Əl-Cəbhət əl-Şamiyyə terrorçuları başqa bir bombardman əməliyyatının aşkar edildiyini və onun zərərsizləşdirildiyini açıqlayıblar.
Bu hadisələr naməlum ünsürlərin Türkiyənin dəstəklədiyi terrorçu komandirləri öldürmək və aradan qaldırmaq üçün planlı və məqsədyönlü hərəkətlər silsiləsi kimi görünür. Türkiyənin dəstəklədiyi terrorçular Suriya Demokratik Qüvvələrini (SDQ) özlərinin nəzarəti altında olan əraziləri bombalamaqda və əməliyyatlar aparmaqda günahlandırsalar da, SDQ bu iddiaları dəfələrlə təkzib edib.
Rəy