Türkiyə, Ərdoğanın quru əməliyyatlarına başlamaq təhdidləri ilə birgə Suriyanın şimalına hücumlarını davam etdirir! + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə prezidentinin Suriyanın şimalında kürd silahlılarına qarşı quru əməliyyatlarına başlayacağı barədə etdiyi təhdidlərlə birgə, Türkiyə ordusunun Həsəkə əyalətindəki hədəflərə artilleriya və dronlarla hücumları davam edir.
Türkiyə ordusunun Suriyanın şimal bölgələrinə “Qılınc Pəncəsi” əməliyyatı adı ilə həyata keçirdiyi hava hücumlarının davamında, Həsəkə vilayətindəki Qamışlı şəhərinin şərqində yerləşən Molla-Abbas kəndi yaxınlığında və Qəhtaniyyə şəhərinin şimal ətrafında iki neft yatağı Türkiyə ordusuna məxsus dronların hədəfinə çevrilib. Bu hücumlar həmin neft yataqlarında yanğınlara səbəb olub. Həmçinin Qamışlı şəhərinin qərbindəki Hemo kəndi yaxınlığındakı Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus nəzarət-buraxılış məntəqəsi Türkiyə ordusunun dronunun hücumuna məruz qalıb. Hələlik bu hücumlar nəticəsində ölənlərin və dəyən zərərin dəqiq miqdarı barədə heç bir məlumat dərc edilməyib.
Daha çox oxuyun: Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO
Hücumların birinci mərhələsindən sonra Türkiyə ordusuna məxsus dron Həsəkə əyalətinin Təll-Təmər şəhərinin kənarında Rusiya hərbçiləri ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) ortaq bazasını hədəfə alıb. Nəticədə bir SDQ üzvü ölüb, iki nəfər yaralanıb. Bu hücumdan sonra Rusiya hərbçiləri Təll Əl-Həmra bölgəsindəki qərargahlarının boşaldılması prosesinə başlayıb.
Təll-Təmərdəki hədəflərə dron hücumları ilə yanaşı, Türkiyə ordusu və onun dəstəklədiyi terrorçular Təll-Təmər kənarındakı iki Umm Əl-Xeyr və Təll-Təvil kəndini artilleriya hücumları ilə hədəfə alıb.
Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalına hücumlarından bir neçə saat əvvəl və eyni vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki nümayəndələrinə belə demişdi:
“İstanbulun İstiqlal prospektində baş verən partlayışda əli olanların hamısını tapıb cəzalandıracağıq. Türkiyə bu hücumların qarşısında səssiz qalmayacaq. Son hadisələr göstərdi ki, kürdlərin nəzarətində olan bölgələrdən Türkiyəyə hücum edilməyəcəyinə zəmanət verən tərəflər vədlərinə əməl etməyiblər.
O, Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatları ilə bağlı bunları deyib:
“Suriyanın şimalında hava əməliyyatları hələ təzə başlayır. Həmçinin, biz ən uyğun vaxtda quru əməliyyatlarına da başlayacağıq. Suriyanın şimalını kürd silahlılarından təmizləməyi, Təll-Rəəfət, Mənbic və Eyn Əl-Ərəb şəhərlərindən başlayacağıq və atacağımız addımlar Suriya və İraqın ərazi bütövlüyü və təhlükəsizliyini təmin edəcək”.
Qeyd edək ki, Türkiyə prezidentinin Suriyanın şimal bölgələrində quru əməliyyatlarına başlamaq təhdidləri ilə eyni vaxtda bu hücumların artması kürd silahlı birləşmələri və Suriya hökuməti üçün xəbərdarlıq hesab olunur və çox güman ki, Keçən illərdə gördüyümüz kimi, Suriya Demokratik Qüvvələrinin (SDQ) yüksək səviyyəli komandirlərinin İran, Amerika, Rusiya və hətta Suriya hökuməti ilə məsləhətləşmələri və danışıqları yaxın günlərdə başlayacaq.
Rəy