Ləzzətli Ərəb körfəzi dadı ilə Tacikistan və Ərəbistan bayramı keçirilib

Çərşənbə 23 Noyabr 2022 - 15:08
https://az.iswnews.com/?p=15772

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistanın Prezident və Konstitusiyasının qeyd edilməsi günü, bu ölkənin Səudiyyə Ərəbistanındakı səfirliyində keçirilib.

Tacikistanın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyində Tacikistanın Prezident Günü və Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib. Tacikistanın Səudiyyə Ərəbistanındakı səfiri Əkrəm Kəriminin dəvəti ilə Səudiyyə Ərəbistanının “Rasana” Anti-İran Araşdırma Mərkəzinin sədr müavini doktor Əhməd Əl-Qərəni və bu qurumun media və nəşrlər üzrə direktoru Əsma Əl-Mutayri iştirak ediblər.

Əkrəm Kərimi bu mərasimin mətbuat konfransında verdiyi açıqlamada “Fars körfəzi” sözünün yerinə saxta Ərəb körfəzi sözünü işlədib və deyib: “Mərkəzi Asiya Ərəbistan körfəzinin regional uzantısıdır”. Əl-Qərəni də İranın bölgədəki siyasətini mənfi qiymətləndirib və Səudiyyə Ərəbistanı ilə Tacikistan arasında təhlükəsizlik sahəsində əməkdaşlığı regional sabitliyin təmin edilməsi üçün zəruri hesab edib.

Bu görüşün sonunda Tacikistanın Səudiyyə Ərəbistanındakı səfiri “Rasana” Beynəlxalq Mərkəzi tərəfindən fars dili üzrə tədris kurslarının keçirilməsini və müxtəlif sahələrdə Orta Asiya və Qafqaz regionu ölkələrinin mədəniyyət və təhsil müəssisələri ilə qarşılıqlı anlaşmanı və tədqiqat və məlumatların mübadiləsini yüksək qiymətləndirib və onları əməkdaşlıq etməyə və memorandum bağlamağa təşviq edib.

2015-ci ilin dekabrında Şeyx Nimr Baqir Əl-Nimr və bir neçə şiə inqilabçı gəncin edam edilməsindən sonra Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri və ABŞ ilə əməkdaşlıq edərək Ərəb Körfəzi İran Araşdırmaları Mərkəzini yaradıb. Bu mərkəz İrana nüfuz etmək və onunla yumşaq müharibəyə başlamaq üçün yaradılmış və bir neçə aylıq fəaliyyətdən sonra adı dəyişdirilərək “Beynəlxalq İran Araşdırmaları Mərkəzi, Rasana” adlandırılmışdır. Bu mərkəzin fəaliyyətləri və proqramları İran İnternational kanalı ilə də əlaqələndirilir və üç İran, Əfqanıstan və Tacikistanın farsdillilərini əhatə edib.

Daha çox oxuyun:

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın birgə layihəsi: “İranı içəridən məhv etmək”

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir