İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsində terrorçuların mövqelərinə raket və dronlarla hücum edib + VİDEO

Çərşənbə axşamı 22 Noyabr 2022 - 23:45
https://az.iswnews.com/?p=15765

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran silahlı qüvvələri İraqın Kürdüstan bölgəsindəki Altınkörpü məntəqəsində terrorçu qruplaşmaların mövqelərini bir neçə raket və kamikadze dronu ilə darmadağın edib.

İlkin məlumata görə, İran silahlı qüvvələrinin bugünkü hücumlarında İraqın Kərkük vilayətində yerləşən Altınkörpü məntəqəsində Kürdüstan Azadlıq Partiyası (Pak) terror qruplaşmasının mövqeləri hədəfə alınıb. Hələlik bu hücumlar nəticəsində ölənlərin və dəyən zərərin dəqiq miqdarı barədə məlumat dərc edilməyib.

İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani bu gün İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsində terrorçu qruplaşmaların mövqelərinə hücumları ilə bağlı deyib:

“İraq ərazisinə Türkiyə və ya İran tərəfindən istənilən təcavüz qəti şəkildə rədd edilir”.

Bugünkü hücumlar İran silahlı qüvvələrinin Şimali İraqdakı terror qruplaşmalarına qarşı dördüncü mərhələ hücumudur. Hücumların ilk mərhələsi sentyabrın 28-də baş verib, bu zaman 15 nəfər ölüb, 24 nəfər yaralanıb. Noyabrın 14-də həyata keçirilən hücumların ikinci mərhələsində Sidkan məntəqəsi, Köysancaq ətrafı və Süleymaniyyənin cənubu hədəfə alınıb və İran Kürdüstan Demokrat Partiyası terror qruplaşmasının ən azı iki üzvü öldürülüb, 10 üzvü yaralanıb. Noyabrın 21-də həyata keçirilən hücumların üçüncü mərhələsində Kürdüstan Demokrat Partiyasının “Behzad İskat” adlı terrorçusu öldürülüb.

Qeyd edək ki, İranın İraq və Kürdüstan Bölgəsi hökumətinə terror qruplaşmalarını tərksilah və onları bölgədən çıxarmaq üçün çoxsaylı xəbərdarlıqlarından və İraq hökuməti və yerli hakimiyyət orqanlarının xəbərdarlıqlara biganə yanaşmalarından sonra, İran silahlı qüvvələri sentyabr ayının sonundan İran Kürdüstan Demokrat Partiyası (Hədka), Kürdüstan Həyat Azad Partiyası (Pejak), İran Kürdüstan Kommunist Partiyası (Kumala), Kürdüstan Azadlıq Partiyası (PAK) terror qruplaşmalarına qarşı yeni raket və dron hücumları mərhələsinə keçdi.

Daha çox oxuyun:
İraq Kürdüstanında terrorçu qruplaşmalar İranın raket və dron hücumları altında! + VİDEO
SEPAH İraqın Kürdüstan bölgəsində terrorçu qruplara qarşı raket və dron hücumları etdi + VİDEO və FOTO və XƏRİTƏ
SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO

İran silahlı qüvvələrinin Altınkörpü bölgəsində Kürdüstan Azadlıq Partiyası (Pak) terror qruplaşmasının mövqelərinə hücumunun videosu (1)
İran silahlı qüvvələrinin Altınkörpü bölgəsində Kürdüstan Azadlıq Partiyası (Pak) terror qruplaşmasının mövqelərinə hücumunun videosu (2)
İran silahlı qüvvələrinin Altınkörpü bölgəsində Kürdüstan Azadlıq Partiyası (Pak) terror qruplaşmasının mövqelərinə hücumunun fotosu
Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir