Ənsarullah dronları Həzərmut sahillərində xarici neft tankerinə hücum edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah Yəmənin işğal altındakı bölgələrində neftin yağmalanmasına qarşı neft tankerləri və xarici şirkətlərə xəbərdarlıqlarına davam edərək, Əd-Dəbbə sahillərindəki limanda olan xarici neft tankerinə dron hücumu edib.
Yerli mənbələrin yaydığı məlumata görə, Ənsarullah noyabrın 21-də günorta saatlarında Əd-Dəbbə sahillərindəki limanda yerləşən Pratika adlı xarici neft tankerinə dron hücumu ilə xəbərdarlıq edib. “Pratika” gəmisi Əd-Dəbbə sahillərindəki limanda dayanmaq istəyəm və Həzərmut əyalətinin neft yataqlarından çıxan nefti Süveyş kanalına daşımaq məqsədi ilə Panama bayrağı üzərində olan neft tankeridir.
Əd-Dəbbə limanı BƏƏ-nin Əl-Rayyan şəhərindəki bazası yaxınlığında və Həzərmut əyalətinin sahilində yerləşir və son aylarda Yəmənin işğal olunmuş ərazilərindən neft ixracı məkanına çevrilib. Bu, Ənsarullahın xarici neft tankerlərinə qarşı üçüncü xəbərdarlığı və Əd-Dəbbə limanına ikinci hücumudur. Ənsarullah bundan əvvəl bu il oktyabrın 20-də Əd-Dəbbə sahillərində Nisus Kia neft tankerinə hücum etmişdi.
Daha çox oxuyun:
Yəmənin Şəbvə əyalətində yerləşən Qana limanına naməlum dronlar hücum edib
BƏƏ-nin Yəmənin Həzərmut sahillərindəki böyük bazası haradadır?
Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri, Ənsarullahın xarici neft tankerinə hücumunu təsdiqləyib və mətbuata açıqlamasında yazıb:
“Allahın köməyi və onun uğur qazandırması ilə Yəmən silahlı qüvvələri ölkənin cənubundakı Əd-Dəbbə limanına yaxınlaşmağa hazırlaşan neft gəmisini bu ərazini tərk etməyə məcbur edib. Bu gəmi külli miqdarda nefti talamaq missiyasını daşıyırdı və silahlı qüvvələrin xəbərdarlığına cavab verməkdən imtina edirdi. Düşmən silahlı qüvvələrin məzarət edə bildiyi və lazımi şəkildə mübarizə apara bildiyi tədbirləri görməyə çalışırdı. Yəmən silahlı qüvvələri milli sərvətləri qorumağa davam edir. Onun gəlirləri yəmənlilərə çatmalı və Yəmənin bütün bölgələrindəki işçilərin maaşlarını ödəməlidir”.
Şəkillərdən də göründüyü kimi, bu hücum zamanı Əd-Dəbbədəki neft nasoslarından biri Ənsarullaha məxsus kamikadze dronu tərəfindən vurularaq məhv edilib. Yerli mənbələrin verdiyi məlumata görə, bu nasosun qalıqları hücumdan sonra bir müddət su üzərində qalıb və xilasedici qayıqların yoxlamasından sonra buraxılıb.
Rəy