Amerika qüvvələrinin Deyr əz-Zordakı bazasına raket hücumu olub

Cümə 18 Noyabr 2022 - 10:45
https://az.iswnews.com/?p=15593

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağında yerləşən Amerika qüvvələrinin bazası müqavimət qüvvələrinin raketləri ilə hücuma məruz qalıb.

Noyabrın 17-də Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri raket hücumu ilə hədəfə alınıb. Atılan raketlər Amerika koalisiyasının bazası ətrafındakı Əl-Xəzra məntəqəsinə düşüb. Bu hücumdan sonra Amerika qırıcıları və dronları ərazidə kəşfiyyat uçuşu həyata keçirib. Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Bununla əlaqədar olaraq ABŞ-ın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) raket hücumu xəbərini təsdiqləyən bəyanat yayıb və elan edib ki, “yerli vaxtla saat 21:32-də (17 noyabr) Əl-Ömər neft yatağının ətrafındakı Əl-Xəzra məntəqəsinə bir neçə raket atılıb. Bu hücum heç bir itkiyə səbəb olmayıb və Amerika qüvvələri bu hücumu araşdırır”.

Xatırladaq ki, bu il oktyabrın 22-də naməlum silahlı dron Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqelərini bir neçə raketlə hədəfə almışdır.

Daha çox oxuyun: Deyr əz-Zor əyalətində Amerika koalisiyasının mövqelərinə raket zərbələri endirilib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir