Oman sahillərində naməlum kamikadze dronu İsrailin neft tankerinə hücum edib

Cümə axşamı 17 Noyabr 2022 - 12:39
https://az.iswnews.com/?p=15576

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Oman sahillərində naməlum kamikadze dron neft tankerinə (İsrailə məxsus) hücum edib.

Qərb mətbuatının yaydığı məlumata görə, bu Liberiya bayrağı ilə olan neft tankerinin adı PACIFIC ZIRCON idi. Bu neft tankeri 15 noyabr tarixində Oman sahilindəki Sohar limanından Argentinanın Buenos-Ayresə yola düşərkən naməlum kamikadze dronun hücumuna məruz qalıb. Sionist mediasının məlumatına görə, bu gəmi “İdan Ofer” adlı israilli tacirə məxsus olub.

Amerika terror ordusunun beşinci donanmasının komandanlığı hücumu təsdiqləyib və İsrail mediası hücumda İranı günahlandırıb.

İsrail mediası bu rejimin rəsmilərinə istinadən bildirir ki, PACIFIC ZIRCON neft tankerinə İranın Şahid (131 və ya 136) dronu tərəfindən hücum edilib. Bundan əlavə, Amerika rəsmisi Əl-Cəzirə telekanalına müsahibəsində deyib: “İran 15 noyabr tarixində axşam yerli vaxtla saat 22:00-da Oman körfəzində İsraillə əlaqəli neft tankerinə kamikadze drondan istifadə edərək hücum edib. Gəminin su üzərindəki qismi zədələnib və hərəkət edə bilib”.

Qeyd edək ki, ötən ilin yayında “MERCER STREET” və “CSAV TYNDALL” adlı iki İsrail gəmisi Oman dənizi sahillərində naməlum kamikadze dron və qayıqların hücumuna məruz qalmışdı.

Amerika-İsrail koalisiyasının Qərbi Asiya regionunda yaratdığı gərginliyi nəzərə alsaq, bu hücumların İran silahlı qüvvələri tərəfindən həyata keçirildiyini ehtimal etmək olar.

Sahil şəhəri olan Sohar sahillərində gəminin son mövqeyi

*Əsas şəkil arxivdəndir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir