Orta Asiyada baş verən son hadisələr, 15 Noyabr 2022

Çərşənbə axşamı 15 Noyabr 2022 - 22:44
https://az.iswnews.com/?p=15527

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistan ordusu ilə Pakistanın Təhrik-e-Taliban qruplaşması arasında Hayber-Paxtunxva əyalətinin müxtəlif bölgələrində baş verən son toqquşmalarda 64-dən çox adam ölüb və yaralanıb.

Əfqanıstan:
1- Pəncşir:
Noyabrın 9-da Qəndəhardan olan Taliban silahlıları Talibanın Pəncşirdəki tacik əsilli qubernatoru Moləvi Qudrətullahla şifahi mübahisədən sonra 50 yerli Taliban silahlısını Pəncşirdən çıxarıblar.

2- Təxar:
– Noyabrın 10-da Əhməd Məsud qüvvələrinin Kələfqan şəhərində yerləşən Çahar Tut kəndindəki Taliban məntəqəsinə hücumu nəticəsində zastava komandiri “Qari Seyfuddin” də daxil olmaqla 3 Taliban üzvü öldürülüb, bir neçə nəfər yaralanıb.
– Noyabrın 12-də Əhməd Məsud qüvvələrinin Rastaq şəhərində yerləşən Təxte-Təraş kəndində Taliban silahlılarının forpostuna hücumu nəticəsində 4 Taliban silahlısı öldürülüb və yaralanıb.
– Noyabrın 12-də kəşfiyyat əməliyyatları üçün naməlum dronlar (ehtimal ki, Tacikistanındır) Dərqəd şəhərinin səmasında patrul xidməti həyata keçirib.

3- Xost:
Noyabrın 11-də naməlum silahlı şəxslər (ehtimal ki, Həqqani şəbəkəsinin silahlıları) Xost vilayətində yerləşən Qulam Xan sərhəd-keçid məntəqəsində “Təhrik-e-Taliban Pakistan”ın cəbhə komandirlərindən biri “Məhsud İnqilabi”ni qətlə yetiriblər. Bəzi yerli mənbələr onun öldürülməsinə səbəb kimi dron hücumunu qeyd ediblər.
Məhsud İnqilabi əvvəlcə “Təhrik-e-Taliban” silahlı qüvvələrinin cəbhə komandiri olub və bu yaxınlarda bu qrupun lideri Nur Vəli Məhsudun xüsusi mühafizəçisi seçilib. O, həmçinin Pakistanın Təhrik-e-Taliban liderinin birinci müavini Lətifullah Məsudun əmisi oğlu idi.

4- Kabil:
Noyabrın 12-də Taliban Dövlət Təhlükəsizliyi Xidmətinə aid qüvvələrin Kabilin 15-ci rayonundakı Ponsad-Famili məhəlləsində yerləşən 7-ci küçədə, İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində 5, İŞİD üzvü öldürülüb, ikisi qadın olmaqla 4 İŞİD üzvü həbs edilib.

5- Ğor:
Noyabrın 9-da Taliban silahlıları Ləəl və Sərcənqəl rayonlarında yerləşən Kirman bölgəsinin Bum və Tənqi adlı iki kəndinin onlarla sakinini tərk etməyə məcbur ediblər.

6- Qəndəhar:
Noyabrın 13-də Qəndəhar əyalətinin Spin Boldak şəhərində yerləşən Spin Boldak-Çaman sərhəd-keçid məntəqəsində Taliban silahlıları ilə Pakistan sərhədçiləri arasında baş verən qarşıdurmada iki pakistanlı əsgər ölüb və yaralanıb.

7- Helmənd:
Noyabrın 11-də Ləşkərqah şəhərində müharibədən qalan minaatan partlaması nəticəsində 4 tələbə həlak olub, daha ikisi yaralanıb.

8- Konnor:
Noyabrın 11-də Taliban Dövlət Təhlükəsizliyi Xidmmətinin qüvvələri Konnoarun Xass rayonunda İŞİD-ə dəstək verdiyi iddiası ilə iki sələfi din alimi və sələfi dini məktəbinin iki müəllimi də daxil olmaqla dörd nəfəri güllələyib.

9- Nənqərhar:
Noyabrın 13-də Talibanın 201-ci Xalid Bin Vəlid diviziyasının 3-cü briqadasının qüvvələri Cəlalabad şəhərində kəşfiyyat əməliyyatı nəticəsində 6 İŞİD üzvünü həbs edib.

10- Noyabrın 9-da “Silahlı Zorakılığa Qarşı Fəaliyyət” xeyriyyə təşkilatı hesabatında 2006-2014-cü illər müharibəsi zamanı Britaniya əsgərləri tərəfindən 135 əfqan uşağın öldürüldüyünü təsdiqləyib.

Tacikistan:
1-
Noyabrın 9-da Amerikanın Düşənbədəki səfirliyi sərhəd təhlükəsizliyini gücləndirmək üçün Tacikistana hərbi yardımını davam etdirərək, Tacikistanın sərhəd qüvvələrinə on Jeep markalı zirehli maşın hədiyyə etdi.
2- Noyabrın 10-da Tacikistanın xarici işlər naziri Siracuddin Mehrəddin İran İslam Respublikasının Düşənbədəki səfirliyində iştirak edərək, Həzrət Şahçerağ (s) hərəmində baş vermiş terror hadisəsinə görə başsağlığı verərkən bu hücumun şəhidlərinin xatirə yadigarını imzaladı.
3- Noyabrın 9-da İran Silahlı Qüvvələrinin Baş Qərargahının komandanı general-mayor Məhəmməd Baqiri Qırğızıstanın müdafiə naziri Bəxtibek Bulatovla telefon danışığında Tacikistanın Qırğızıstanla münaqişədə İranın dronlarından istifadə etməyəcəyinə əminlik verib.

Pakistan:
1- Hayber-Paxtunxva:

– Noyabrın 9-da “Təhrik-e-Taliban Pakistan” (TTP) silahlılarının Cənubi Vəziristan bölgəsinin Dera İsmayıl Xan rayonunun Barmal məntəqəsində yerləşən Raqzai kəndində Pakistan polis bölməsinə hücumu nəticəsində 2 əsgər həlak olub, 3 əsgər yaralanıb, 15 nəfər əsir götürülüb.
– Noyabrın 10-da Təhrik-e-Taliban (TTP), Pakistan tabeçiliyində olan hərbi karvana Şimali Vəziristan bölgəsində yerləşən Eidak kəndində kamikadze hücumu nəticəsində 16 pakistanlı əsgər həlak olub və yaralanıb.
– Noyabrın 11-də Hayber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsindəki Şilo kəndində Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan sərhədçiləri arasında baş verən toqquşma nəticəsində 10 pakistanlı sərhədçi həlak olub və yaralanıb.
– Noyabrın 11-də Pakistanın şimalındakı Bangi Dur bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan ordusu arasında toqquşma nəticəsində iki Pakistan əsgəri və bir Təhrik-e-Taliban üzvü həlak olub, dörd pakistanlı hərbçi yaralanıb.
– Noyabrın 12-də Mohmand Agentliyinin Ambar bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının polis qüvvələrini daşıyan avtomobilə hücumu nəticəsində dörd pakistanlı polis həlak olub.
– Noyabrın 13-də Təhrik-e-Taliban Pakistanın Dosli Tehsil və Gudiyum Tehsil bölgələrində həyata keçirdiyi iki ayrı əməliyyat nəticəsində iki pakistanlı əsgər öldürülüb.
– Noyabrın 13-də Mir Əli rayonunun Bazarçe bölgəsində Təhrik-e-Taliban Pakistan (TTP) ilə Pakistan Ordusu qüvvələri arasında toqquşma nəticəsində 3 Pakistan əsgəri həlak olub, 4 Pakistan əsgəri yaralanıb.

2- İslam Abad:
Noyabrın 11-də ölkənin müxtəlif şəhərlərində Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarlarının Şahbaz Şərif hökumətinə qarşı etiraz aksiyaları yenidən başlayıb.

3- Bəlucistan:
– Noyabrın 11-də Bəluc Azadlıq Ordusunun (BLA) xəbər mənbələri qrupun əməliyyatçılarının Zamran və Temp bölgələrində Pakistan Ordusunun qüvvələrinə və hökumətə bağlı yerli qruplara iki ayrı hücumu barədə məlumat verdi.
Bu məlumata görə, Zamrandakı BLA ünsürləri hasar və tikanlı məftillər quraşdıran iki Pakistan ordusu əsgərini öldürüb və daha bir əsgəri yaralayıb. Həmçinin Temp bölgəsindəki BLA ünsürləri “Pakistanın kəşfiyyat agentliyi tərəfindən yaradılmış ölüm qrupları” hesab etdikləri yerli hökumətə bağlı qrupun karvan üzvlərini də hədəfə alıb, onlardan üçünü öldürüb, bir neçəsini isə yaralayıb.
– Noyabrın 12-də İŞİD xəbər mənbələri Bəlucistan əyalətinin Qalat bölgəsində yerləşən Şişa Dağar kəndində Pakistan hökumətinin kəşfiyyat agentlərindən birinin qətlə yetirildiyini bildirib. Bu hesabata görə, bu əməliyyat Pakistan hökumətinin kəşfiyyat ünsürünün ölümünə səbəb olub. İŞİD terror qruplaşması həmçinin, cümə axşamı, noyabrın 10-da bəyanat yayaraq, Pişavər rayonunun Cəmrud bölgəsində bir pakistanlı polis məmurunun hədəf alınaraq öldürüldüyünü açıqlamışdır.
Eyni zamanda, Bəluc Azadlıq Ordusunun (BLA) xəbər mənbələri də bu qruplaşmanın ünsürlərinin Qalat bölgəsində Pakistan polis qüvvəsinə hücumu barədə məlumat verib. BLA mənbələrinə görə, bu polis qüvvəsi bu hücumda yaralanıb.

4- Noyabrın 11-də Send əyalətində polis qüvvələri Bəlucistandan bu əyalətə daxil olan 122 əfqan qaçqını, o cümlədən 13 uşaq və 22 qadını həbs edib.

5- Təhrik-e-Taliban Pakistan (TTP) qrupuna yaxın xəbər mənbələri bu qrupun noyabr ayının ilk ongünlüyündə əməliyyatlarının nəticələrini infoqrafikdə açıqlayıb. Bu infoqrafikdə sadalanan nəticələr aşağıdakı kimidir:
16 əməliyyat, 21-dən çox ölü və yaralı, 8 birbaşa hücum, 1 pusqu əməliyyatı, 5 əks-hücum əməliyyatı, 1 əsas xətt arxasında əməliyyat və 1 minaatan atəşi əməliyyatı.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir